SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Qar yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Qar yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Tarix:

6-02-2019, 16:34

/ 1 292 dəfə oxundu.
Qar yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Nazirliyin Milli hidrometeorologiya departamentindən verilən məlumata görə, fevralın 7-də Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin 15-18, arabir 20-23 m/s, fevralın 8-də isə şimal-qərb küləyinin 15-20 m/s olacağı, arabir 23 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 7-8-də qərb küləyinin ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcəyi, fevralın 8-i axşamdan fevralın 12-dək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.

Şərhlər

XƏBƏR LENTİ