SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sinoptiklər yağışlı hava vəd edirlər

Sinoptiklər yağışlı hava vəd edirlər

Tarix:

22-10-2018, 13:37

/ 1 258 dəfə oxundu.
Sinoptiklər yağışlı hava vəd edirlər

Oktyabrın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 12-15, gündüz 21-24, Bakıda gecə 14-16, gündüz 22-24 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 55-60 faiz olacaq.

Rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 15-20 isti təşkil edəcək.

Şərhlər

XƏBƏR LENTİ