SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Qusar yol polisi sakinləri və gələn qonaqları əmin etdi

Qusar yol polisi sakinləri və gələn qonaqları əmin etdi

Tarix:

17-08-2018, 11:54

/ 3 639 dəfə oxundu.
Qusar yol polisi sakinləri və gələn qonaqları əmin etdi

Turizmin inkişaf etdiyi Qusar rayonunda təhlükəsizliyin təmin olunması və gələn qonaqların istirahətini rahat və sərbəst keçirmələri məqsədi ilə Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar. İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları xidmətlərini rayon ərazisində kriminogen durumun sabit saxlanması və baş verə biləcək hadisələrin qarşısını vaxtında almaq istiqamətində təşkil ediblər. Post Patrul Xidmətinin əməkdaşları təhkim olunmuş xidməti avtomobillərlə mütəmadi olaraq rayon və istirahət zonalarında avtopatrul xidmətini yerinə yetirir, əhalinin sıx olduğu və turistlərin ekskursiyaya çıxdığı ərazilərdə naryadlar növbəli xidmət aparırlar.

“Şahdağ” Turizm Kompleksinin Qusar rayonunda yerləşdiyi ərazidə xidmət göstərən Qusar RPŞ-nin Şahdağ Polis Bölməsi əməkdaşları tərəfindən adı çəkilən ərazilərdə xidmətin təşkili yüksək səviyyədədir. Kompleksdə xidmət göstərən otellərdə bölmə tərəfindən gündəlik naryadlar ayrılır ki, bu da təhlükəsizliyin təmin olunmasında böyük rol oynayır. Turistlər isə göstərilən qayğıdan məmnunluqlarını bildirirlər.

Qusar RPŞ-nin DYPB-nin Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində və istirahət zonalarında yol-nəqliyyat hadisələrinin qarşısının alınması və yollarda təhlükəsizliyin təmin olunması məqsədilə qabaqlayıcı tədbirlər görülür.

xalqxeber.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən aparılan xidmət barədə danışan DYPB-nin rəisi, polis mayoru Tərlan Zeynalov bildirdi ki, inspektorlar tərəfindən rayon ərazisində qəzaların sayının minimuma endirilməsi və yol hərəkəti qaydalarına riayət olunması məqsədilə reydlər keçirilir, spirtli içki qəbul edən sürücülər saxlanılaraq barələrində qanunauyğun tədbirlər görülür. Belə tədbirlərin baş verəcək yol nəqliyyat hadisələrinin qarşısın alınmasında böyük rol oynadığını qeyd edən həmsöhbətim, cari ilin yeddi ayı ərzində rayon ərazisində qeydə alınan qayda pozuntuları haqda da məlumat verərək bildirdi ki, rayon ərazisində 3460 qayda pozuntusu aşkar olunub, onlardan 3235 şəxs barəsində inzibati protokol tərtib edilib. Barələrində tədbir görülən şəxslər arasında 43-ü nəqliyyat vasitəsini sərxoş halda idarə edənlər və 48-i isə sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edənlər olub. 2017-ci ilin müvafiq dövriyyə müqayisədə göstəricilərin sayında azalma olduğunu bildirən bölmə rəisi, keçən il sərxoş halda nəqliyyat vasitəsini idarə edənlərin 54 və sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edənlərin 59 nəfər olduğunu bildirib. Bir nəfər isə rayon ərazisində avtoxuliqanlıq etdiyinə görə YPX-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə barəsində inzibati qaydada protokol tərtib olunub və Qusar rayon Məhkəməsi tərəfindən müvafiq qərar qəbul edilib. Bundan əlavə rayon ərazisində 10 yol nəqliyyat hadisəsi baş verib ki, bu da keçən illə müqayisədə 1 fakt azdır. Sürücülər arasında aparılan profilaktiki söhbətlərin nəticəsində yol nəqliyyat

hadisələrinin, sərxoş halda və sürücülük hüququ olmadan avtomobil idarə edənlərin sayının azalmasını sevindirici hal kimi dəyərləndirən T.Zeynalov tərtib edilən inzibati protokolların ödənilməsi göstəricisinində yüksək olduğunu bildirib. İlk yeddi ayda tərtib olunan 3235 inzibati protokolun 99 %-i qayda pozmuş sürücülər tədəfindən ödənilib.

Sonda polis mayoru Tərlan Zeynalov yol patrul xidməti tərəfindən rayon ərazisində xidmətin daha da yüksək olacağını, istər yerli sakinlər, istərsə də bura gələn qonaqların sərbəst və rahat istirahət etmələri üçün zəruri bütün tədbirlərin görüləcəyinə əminliyini bildirdi.

Şərhlər

XƏBƏR LENTİ