SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? – VİDEO/FOTO

Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? – VİDEO/FOTO

Tarix:

16-07-2018, 10:22

/ 2 493 dəfə oxundu.
Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? – VİDEO/FOTO

Ölkə Prezidentinin son seçkilərdən sonrakı kadr islahatları hər kəs tərəfindən təqdir edildi. Ancaq təəssüflər olsun ki, dövlət başçısının ölkənin idarəçiliyində operativliyin təmin edilməsi məqsədilə atdığı addımlar bəzi nazirliklərin xüsusi səlahiyyətli şəxsləri tərəfindən bilərəkdən sabotaj edilir. Nədən bu iddiadayıq? Əvvəla ona görə ki, bəzi nazirliklərə, o cümlədən yerli icra orqanlarına təqdim edilən foto, hətta video faktlar belə bu şəxslərin “iş prinsipinə” təsir etmir. Xatırladaq ki, BakuNews.az-ın paytaxtdakı ekoloji vəziyyətlə bağlı təqdim etdiyi araşdırmalar bu qurumdakı səlahiyyətliləri qətiyyən narahat etmir. Və buradan da aydın olur ki, həmin şəxslər məhz bilərəkdən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə qarşı provokasiya edirlər. Əgər belə olmasa idi paytaxtın bir neçə rayonunda, heç bir dövlət əhəmiyyəti kəsb etməyən, işbazlara məxsus kommersiya obyektlərinin tikintisinə, yaşıllıqların məhv olması hesabına “icazə” verməzdilər. Biz tərəqqipərvər KİV olaraq dəfələrlə nazirliyin yüksək səlahiyyətli əməkdaşlarına yaşıllığın məhv edilməsini əks etdirən foto və video faktlar göndərsəkdə, təəssüf hissi ilə qeyd edək ki, həmin şəxslər problemin həlli üçün hər hansı addımı nəinki atmayıblar, əksinə, bizdə olan məlumata görə tikinti sahiblərini “işlərini” tez başa çatdırmaq üçün tələsdiriblər də. Görəsən nazirlyin bəzi əməkdaşlarının bu “iş üslubunun” səbəbi nədir? Bəyəm bu şəxsləri nazir Muxtar Babayev ölkə boyu yaşıllığı məhv etmək üçünmü dövlət qurumunda saxlayır? Və ya bu şəxslərə dövlət büdcəsindən verilən əmək haqqı yaşıl əraziləri məhv edənlərə bilmədiklərini başa salmaq üçünmü verilir? Yox əgər cənab Muxtar Babyev deyilənlərin əksini düşünürsə, bəs nədən bu cür şəxslərlə bağlı hər hansı tədbir görmür? Deməli ya nazirin baş verənlərdən xəbəri yoxdur, ya da əməkdaşları ondan hər şeyi gizləyirlər. Hər iki hal yolverilməz və dövlətçiliyin, siyasi idarəçiliyin təməl prinsiplərini sarsıdan haldır. Sadəcə cinayətdir.

(Fotoda kənarda durub izləyən şəxsi hər kəs rəis olaraq çağırmaqdadır. Bu rəis kimdir və hansı müəssisənin rəisidir ki ekologiyanın məhv edilməsində bir başa iştirak etməkdədir.)
Şəkildə təqdim etdiyimiz ərazi – Xətai rayonu Cavanşir küçəsi 27 və 27A nömrəli binaların arxasıdır. Bu ərazi məhz bina sakinlərinin illərlə yetişdirdiyi və bir neçə gün öncəyə qədər tam yaşıllıqla örtülü idi. Lakin Xətai rayon icra Hakimiyyətinin və rayon polis şöbəsinin himayədarlığı ilə artıq həmin ərazi məhv edilib və yerində 4 otaqlı maşın təmiri sexi inşa edilir. Rəis adlı işbaza məxsus bu tikili görəsən nə vaxtdan dövlət əhəmiyyətli obyekt hesab olundu ki, Ekologiya və Təbii Sərvətlər nazirliyinin əməkdaşları Xətai rayon İcra Hakimiyyətinin bu qanunsuz işinə yardımçı oldular? Xatırldaq ki, bu ərazidə ETSN öz vəzifəsini yalnız Rəisə “ağacları vaxtından geç köçürdükləri” üçün 200 manat cərimə yazmaqla başa vurub.Əvvəla Rəis kimdir ki, dövlət qurumunun icazəsi olmadan ağac köçürsün? Digər tərəfdən ETSN nədən Rəisə ağac köçürməyə icazə verib? Bəyəm Rəisin tikdiyi obyektin strateji məqsədlərimi var?
Axı biz redaksiya olaraq ağacın əvvəlki və sonrakı – kəsilərək doğran şəkillərini dəfələrlə dərc edib. Hətta obyekt sahibi bu mənzərəyə laqeyidliklə durub tamaşa edən fotolar da tərəfimizdən dərc edilib. Bəs elə isə nədən nazirlik “200 manat”la kifayətləndi? Nədən həmin ərazinin əvvəlki vəziyyətini əks etdirən videogörüntüləri nazirlik əməkdaşları görmək istəmədilər? Hörmətli Muxtar Babayev sualımıza cavab verə bilərmi ki, rəhbərlik etdiyi qurumun əməkdaşları ağac köçürmə fəslinə qədər səbr edə bilməzdilərmi?
Dəyərli oxucuların diqqətinə çatdırırq ki, həmin videonu bu yazımızda da ETSN-nin səlahiyyətlilərinə təqdim edirik. Əgər bu dəfə də “görməyəcəklərsə” deməli nazir Muxtar Babyevin ətrafında qorxunc bir set formalaşıb. Həmin şəxslər Hüseynqulu Bağırovun zamanında təyin olunmuşdular və işlərini doğru-dürüst icra etməyə ən azında çalışrdılar. Bəs görəsən nədən Muxtar Babayevdən faktlar gizlədilir? Nədir bu şəxslərlə işbazlar arasındakı “məhəbbətin səbəbi”? Bəyəm son müşavirədə ölkə Prezidenti cənab İlham Əliyev insanların istirahət etməsi, gəzməsi üçün müvafiq olan ərazilərin toxunulmaz olduğunu, həmin ərazilərdə hər hansı tikinti aparılmasının qadağan edildiyin demədimi? Elə isə ETSN nədən ölkə başçısının göstərişinə əməl etmir? Nədən Xətai rayon İcra Hakimyyətinin başçısı Razim Məmmədovun hikkəsi Prezidentin göstərişindən ETSN-də üstün tutulur? Və ya Xətai rayonu Cavanşir küçəsi 27 və 27A saylı binaların araxasında, sakinlərin illərlə əziyyət çəkib böyütdüyü ağacları kəsərək özünə avtomobil təmiri sexləri inşa etdirən Rəisin hansı “özəllikləri” var ki, həm ETSN əməkdaşları, həm Xətai RPŞ, həm də Xətai RİHB onu əzizləyirlər? Unutmayın Ulu Öndər Heydər Əliyev demişdir: “Bir ağacın budağını kəsən, elə bilin ki, mənim qolumu kəsir.”
Siz nə edirsiniz və ya nəyə göz yumursunuz cənablar?

Mövzuya qayıdacağıq.
Yazıda adı çəkilən müəssisə və şəxslərində mövqelərini dərc etməyə hazırıq.

BakuNews.az

Şərhlər

XƏBƏR LENTİ