SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Polis atanın polis oğlu... - FOTO

Polis atanın polis oğlu... - FOTO

Tarix:

26-04-2018, 13:21

/ 1 774 dəfə oxundu.
Polis atanın polis oğlu... - FOTO

Qusar Rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin polis nəfəri, polis baş serjantı Bəhram Xanbabayev 24 ildir ki daxili işlər orqanlarında xidmət edir. Xidməti vəzifələrini layiqincə icra edir, istər iş yoldaşları, istərsə də rayon sakinləri ilə özünün səmimi, mehriban münasibəti ilə hörmət qazanıb.
Bəhramın atası Müzəfəddin Xanbabayev də uzun illər daxili işlər orqanlarında xidmət edib. Polis veteranı olan Müzəfəddin babamız ömrunun 25 ilini Xaçmaz RPŞ-də polis nəfəri kimi xidmət edib. İstər sovet dövründə, istərsə də müstəqilliyimiz ilk illərində paqondaşlarımızın keçdiyi çətin günlərin canlı şahididir. İndi 82 yaşı var. M.Xanbabayevin göstərdiyi şəxsi nümunənin nəticəsidir ki oğlu Bəhram da onun layiqli yolunu davam etdirmək qərarına gəlib. Hər zaman oğluna polis peşəsinin necə şərəfli peşə olduğunu başa salaraq xalqa xidmət etməyin müqəddəs borc olduğunu bildirib.
Atasının adına layiq hünər, mərdlik yolunu ləyaqətlə davam etdirən Bəhram rəhbərliyin rəğbətini qazanıb. Xidmətə başladığı gündən böyük rəis heyətinin tapşırıqlarını vaxtlı-vaxtında yerinə yetirir, nümunəvi xidməti ilə öz həmkarlarına örnək olur. Xidməti vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə dəfərlərlə təşəkkürnamələrlə təltif olunub və müxtəlif mükafatlara layiq görülüb.

Ailəlidir. Əsgər atasıdı. Oğlu Kənan vətənin keşiyindədir.

Nizam Həmidov
polis leytenantı
Polis atanın polis oğlu... - FOTO
Polis atanın polis oğlu... - FOTO

Şərhlər

XƏBƏR LENTİ