SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Aytən Səfərova hipnozla dələduzluq edən şəxsi ifşa etdi – VİDEO

Aytən Səfərova hipnozla dələduzluq edən şəxsi ifşa etdi – VİDEO

Tarix:

23-01-2018, 12:33

/ 1 611 dəfə oxundu.
Aytən Səfərova hipnozla dələduzluq edən şəxsi ifşa etdi – VİDEO

Tanınmış aparıcı Aytən Səfərova sosial media hesabında Bakıda müxtəlif sahibkarları və şəxsləri aldadaraq onlardan pul alan dələduzun video görüntüsünü yayıb.

O, bildirib ki, sözügedən dələduz insanları hipnoz edir:

“Hüquq mühafizə orqanlarının nəzərinə! Bu, videoyazıda furajkası olan şəxs günün günorta çağı müxtəlif obyekt sahiblərinə yaxınlaşır, onlardan hansısa qohumunun adını verərək söhbət əsnasında hipnoz edir. Sonra müxtəlif məbləğlərdə pul alır və pul müqabilində guya ucuz mal verəcək adı ilə müxtəlif istiqamətlərə maşın sürdürür. İstədiyi əraziyə çatdıqda isə uzaqlaşaraq qayıtmır. Əvvəl zənglərə cavab verir, sonra isə ümumiyyətlə cavablandırmır və telefonu söndürür. Verdiyi nömrə isə heç kimin adında qeydiyyatda deyil. Xahiş edirəm vətəndaşları, sahibkarları aldadaraq pulu alıb aradan çıxan bu dələduzu ifşa edəsiniz. Nömrəsi isə 070-555-65-59-dur. Maraqlandıq, heç kimin adına deyil”.

Şərhlər

XƏBƏR LENTİ