SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Dünya tarixinə düşmüş Azərbaycan klubu dağılır - BÖHRAN

Dünya tarixinə düşmüş Azərbaycan klubu dağılır - BÖHRAN

Tarix:

2-04-2019, 11:55

/ 1 236 dəfə oxundu.
Dünya tarixinə düşmüş Azərbaycan klubu dağılır - BÖHRAN

Azərbaycanda daha bir futbol klubu dağılmaq təhlükəsilə üz-üzədir.

Cebhe.info-ya daxil olan məlumata görə, paytaxt təmsilçisi “Keşlə” fəaliyyətini dayandıra bilər. Hazırda sponsoru olmayan, ancaq AFFA-nın ayırdığı pulla ayaqda durmağa çalışan klubu artıq federasiya maliyyələşdirmək niyyətində deyil.

Hazırda 8 klub arasında 7-ci olan “Keşlə” mövsümün sonunu axırıncı pillədə bitirərsə, I Divizionda mübarizə aparmayacaq. Qəsəbə təmsilçisinin rəhbərliyinə, konkret olaraq Müşahidə Şurasının sədri Zaur Axundova özlərinə yeni himayədar tapmaq tapşırığı verilib. Mövsümün sonuna kimi bu həyata keçməzsə, klub birdəfəlik fəaliyyətini dayandıracaq.

Məsələ ilə bağlı “Keşlə”nin mətbuat katibi Səbuhi Məmmədovla əlaqə saxladıq. Klub rəsmisi Cebhe.info-ya açıqlamasında məlumatın doğru olmadığını bildirib:

“Hazırda klub fəaliyyət göstərir. Komanda hazırlaşır, maliyyə problemi yoxdur, yəni klubun fəaliyyət göstərməsi üçün lazım olan şərait var”.

Səbuhi Məmmədov AFFA-nın “Keşlə”yə maliyyə dəstəyinin dayandırmaq ehtimalının olması haqda da danışıb:

“Bu barədə konkret məlumatım yoxdur. Burada 250-dən çox uşaq məşq edir. Klub fəaliyyətini dayandırsa, akademiyanı kim saxlayacaq?”

Qeyd edək ki, “Keşlə” adı dəyişilməsinə görə, dünya tarixinə düşüb. Klubu 1998-2004-ci illərdə “Xəzər Universiteti”, 2004-2017-ci ilə “İnter” adı ilə çıxış edib.

Şərhlər

XƏBƏR LENTİ