XalqXəbər.Az

AFFA-nın daha bir layihəsi süquta uğradı

yüklənir...
AFFA-nın daha bir layihəsi süquta uğradı
28-09-2018, 17:43
yüklənir...

AFFA 2016-cı ilin noyabrında Media Komitəsini yaradanda Elxan Məmmədov ölkəmizdə keçirilən beynəlxalq futbol yarışlarında işləyəcək səviyyəli idman jurnalistləri hazırlayacaqları ilə bağlı danışmışdıı. Ancaq mart ayından Media Komitəsi faktiki fəaliyyət göstərmir. Qurum "İcraiyyə Komitəsi qərar verib, yeni format üçün təkliflər hazırlansın” deyərək bəhanə gətirdi. Yeni format hazırlandı və quruma təqdim edildi. Nədəsə, o gündən bu məsələ ilə bağlı heç bir açıqlama verilmədi və sözügedən mövzuya qayıtmadılar.

O deməkdir ki, AFFA-nın daha bir layihəsi süquta uğradı?

Məsələ ilə bağlı AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla Unikal.org-a açıqlama verib:

"Yeni formatla bağlı məsələyə İcraiyyə Komitəsinin iclasında baxılması ilə bağlı danışılmışdı. Sadəcə İK-nın iclasları fərqli məsələlərə həsr olunub. Hələ ki, bu məsələ müzakirə olunmayıb. AFFA-nın baş katibliyi İK-nın icasında yeni formatla bağlı məsələ qaldıracaq. Amma konkret hansı iclasda müzakirə olunacağı hələ ki, məlum deyil”.

Qeyd edək ki, AFFA-nın bir çox layihəsi süquta uğrayıb. Belə ki, qurum Berlində Futbol Məktəbi layihəsinin süqutu, Əcnəbi idman direktorlarının fiaskosu, süni örtüklü meydançalar və Foqts, Prosineçki kimi məşqçilərə xərclənən milyonların havaya sovrulması ilə diqqət çəkib.скачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.