SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Polis 3 yaşlı uşağın ölümünə səbəb oldu - Bərdədə

Polis 3 yaşlı uşağın ölümünə səbəb oldu - Bərdədə

Tarix:

13-04-2017, 11:09

/ 111 623 dəfə oxundu.
Polis 3 yaşlı uşağın ölümünə səbəb oldu - Bərdədə

Bərdə rayonunda faciəvi hadisə baş verib

Rayonun Mustafaağalı kəndində Yevlax Xətt Polis Şöbəsinin əməkdaşı Çingiz Quluzadə idarə etdiyi "VAZ 2107" markalı avtomobillə 2014-cü il təvəllüdlü Mehrac Həsənzadəni vurub. 3 yaşlı uşaq aldığı xəsarətlərdən hadisə yerindəcə vəfat edib.

Bildirilir ki, ölən uşaq hadisəni törədən polisin uzaq qohumu olub. Ç.Quluzadə həmin kənddə yaşayır və kənddaxili yolda azyaşlının avtomobilin qarşısına çıxması zamanı qəzadan yayına bilməyib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ