SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Daxili orqanından narkotik çıxdı

Daxili orqanından narkotik çıxdı

Tarix:

10-03-2017, 11:30

/ 1 602 dəfə oxundu.
Daxili orqanından narkotik çıxdı

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qanunsuz yolla narkotik vasitənin gətirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinə istinadən məlumata görə, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama zamanı vətəndaşın daxili orqanında 3 ədəd bükümdə xalis çəkisi 300,988 qram olan narkotik vasitə - tiryək aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ