XalqXəbər.Az

Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşub, xeyli sayda yaralı var

yüklənir...
Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşub, xeyli sayda yaralı var
22-11-2017, 10:13
yüklənir...

Bakı-Qazax magistral yolunun 16-cı kilometrliyində, paytaxtın Qaradağ rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. Avtoqəza zamanı 10 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Məlumata görə, 149 saylı xətt marşrutu üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu sərnişinlərin düşməsi üçün yolun kənarında dayanıb. Bu vaxt eyni istiqamətlə hərəkət edən "Howo" markalı yük maşını arxadan avtobusa çırpılıb.

Nəticədə avtobusda olan sərnişinlərdən 10 nəfəri xəsarət alıb. Yaralılar 1 saylı Xəstəxanaya çatdırılıb. Onlardan 2 nəfəri evə buraxılsa da, digərlərinin müalicəsi xəstəxanada davam etdirilir.

Yol qəzasının təfərrüatlarını Baş Dövlət Yol Polisi İdarəsinin istintaqçıları araşdırır.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.