XalqXəbər.Az

MTN çetesi ilə adı keçən vergi generalına niyə vəzifə verildi?- Şok dosye...

yüklənir...
MTN çetesi ilə adı keçən vergi generalına niyə vəzifə verildi?- Şok dosye...
18-02-2019, 09:12
yüklənir...

Vergilər Nazirinin sabiq müşaviri, vergi generalı Habil Məmmədov Himayəçilik Şurasının qərarı ilə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib

Cahan.info xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondundan təsdiqləyiblər. Hazırda Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti Vüqar Rafik oğlu Abdullayev icra edir.

Məmmədov Habil Amil oğlu bundan əvvəl sabiq vergilər naziri Fazil Məmmədovun büdcə proqnozlarının icrası üzrə müşaviri vəzifəsində çalışıb. Daha sonra vergilər naziri Mikayıl Cabbarovun əmri ilə vəzifəsindən kənarlaşdırılmışdı.

H.Məmmədov ötən ilin dekabrında prezident tərəfindən vəzifəsindən uzaqlaşdırılan sabiq vergilər naziri Fazil Məmmədova yaxın kadrlardan biri hesab olunurdu.

1995-ci ildən vergi orqanlarında çalışan və Vergi Auditi Departamentinin rəisi, Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin baş direktoru və nazirin müşaviri kimi mühüm postlar tutan Habil Məmmədovun Fazil Məmmədovun ardınca dərhal işdən azad ediləcəyini gözləyənlər çox olsa da, yeni nazir Mikayıl Cabbarov gözlənilənin əksinə olaraq, xeyli müddət onun təcrübəsindən istifadə etdi.

Bununla yanaşı, bəzi mətbu orqanlarda sözügedən vergi generalının adı Vergilər Nazirliyindəki neqativ hallarla əlaqədar çəkilirdi.

Lakin bir çox mütəxəssislər və vergi işçiləri onu vergi sisteminin təkmilləşdirilməsində və nizam-intizam yaradılmasında xidmətləri olan savadlı və təcrübəli kadr kimi tanıdıqlarını bildirirlər.

Mediada gedən yazılara görə, onu vergi qanunvericiliyini dərindən bilən, vergilər sahəsində nəzəri və praktiki bilikləri geniş olan bir kadr kimi xarakterizə edirlər.

Lakin bu biliklərin vergi orqanlarının Azərbaycan sahibkarlığının inkişafına dəstək verməsinə sərf olunduğunu söyləmək mümkün deyil.

Məsələ burasındadır ki, H.Məmmədov vergi orqanlarında sahibkarlara divan tutulması prosesinin əsas təşkilatçılarından biri hesab olunur. Onun xüsusilə orta və iri sahibkarlardan rüşvət toplanması sxeminin yaradıcısı, icrasına baş nəzarətçi olduğu bildirilir.

H.Məmmədov vergi qanunvericiliyində sahibkarlar üçün “tələ”lərin düşünülüb hazırlanmasında “əvəzsiz” rol oynayıb.

Daha sonra isə həmin “tələ”lərə düşən sahibkarlar oradan çıxardılmaq üçün iri məbləğdə pullar ödəməyə məcbur ediliblər. Hətta H.Məmmədovun iş otağının adını sahibkarlar kinayə ilə “dinməver” otağı qoyublarmış.

Mətbuatda H.Məmmədovun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun dəstəsi ilə yaxın münasibətlərinin olduğuna dair məlumatlar da yer alıb.

Xüsusilə də MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Füzuli Əliyevlə sıx əlaqəsi olduğu deyilir.

F.Əliyevin H.Məmmədovla sıx əlaqədə olduğu günlərdə iri sahibkarlar MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinə çağırılıb, orada var-dövlətləri, milyonları əllərindən alınıb.

Ehtimal olunur ki, MTN çetesinə ötürülən orta və iri sahibkarlar barədə məlumatların əldə olunmasında H.Məmmədovun bilgiləri mühüm rol oynayıb. Lakin F.Məmmədovla yaxınlığına görə MTN işi üzrə istintaqa cəlb edilməyib.

Qeyd edək ki, 1995-ci ildən vergi orqanlarında çalışan və Vergi Auditi Departamentinin rəisi, Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin baş direktoru və nazirin müşaviri kimi mühüm postlar tutan H.Məmmədovun F.Məmmədovun ardınca dərhal işdən azad ediləcəyini gözləyənlər çox olsa da, yeni nazir gözlənilənin əksinə olaraq, onu bir neçə ay vəzifəsində saxladı.

H.Məmmədovun illər uzunu sahibkarlardan topladığı pullar hesabına böyük biznes qurduğu bildirilir.

Onun Nərimanov rayonunda yerləşən “Fosfor” hotelinin sahiblərindən biri, həm ölkə daxilində, həm xaricdə biznes qurumları, obyektləri və lyuks avtomobillər kolleksiyasına malik olduğu da qeyd edilir.

Yayılan məlumatlara görə, onun Novxanıda, Bilgəhdə, Şüvəlanda və şəhərin bir neçə yerində villaları, hündürmərtəbəli binaların altında 5-10 min kv metrlə olçülən obyektləri var.

Bunlarla yanaşı, Habil Məmmədovun Çexiyada da qiyməti bir neçə milyon dollarla ölçülən hotelə sahib olduğu da söylənilir.

Sabiq vergi məmurunun qiyməti 200 min-dən yuxarı olan bir neçə avtomobilinin olduğu, avtomobil kolleksiyasında “Brabus”, “Lexus”, “Mercedes” S clas və digər markaların yer aldığı bildirilir.

Xatırladaq ki, F.Məmmədov işdən azad ediləndən az sonra 10-dək sahibkar vergi orqanlarından məhkəməyə şikayət etmişdi. Ehtimal olunur ki, bu şikayətlər üzrə aparılan araşdırmanın bir ucu H.Məmmədova qədər gedib çıxıb.

Onun vəzifədən alınmasında Vergilər Nazirliyində tamamilə yeni struktur formalaşdırmağa başlayan yeni nazirin köhnə sxemlərin qurucularından qurtulmaq istəyi də mühüm rol oynayıb.

Cahan.infoскачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.