yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

“Avropa Lift Sistemləri” MMC-nin təsisçisi vəzifə ümidində - Eldar Əziziov ona şans tanıyacaqmı?

“Avropa Lift Sistemləri” MMC-nin təsisçisi vəzifə ümidində - Eldar Əziziov ona şans tanıyacaqmı?
4-10-2018, 16:50 289 dəfə baxılıb

Bu gün Nazirlər Kabineti Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının yeni tərkibini təsdiq edib.

Siyahının təsdiqləməsi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) sədr müavini Gəray Fərhadov və əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının üzvlüyündən çıxarılmış sayılıblar. Gəray Fərhadov baş nazirin müavini Əli Həsənovun xalası oğludur.

Amma təsdiq edilənlər arasında Adil Abdullayev yoxdur. “Avropa Lift Sistemləri” MMC-nin təsisçisi olan Adil Abdullayevin rəsmi dairələrdə yüksək nifuz sahibi olduğu deyilir.

Bu gün Bakı Lift-Təmir İstehsalat Birliyinin sədri Qüdrət Şükürov vəzifəsindən azad edilib. Eldar Əzizovun Qüdrət Şükürovun səlahiyyətlərinin müvəqqəti icraçısı kimi Bakı Şəhər İcra Hakimiyyətinin Şəhər Təsərrüfatı Departamentinin rəhbəri Xalid Ələkbərovu təyin etdiyi bildirilib. Ələkbərov tezliklə lift təsərrüfatında genişmiqyaslı dəyişikliklərin olacağını açıqlayıb.

Lakin daxil olan informasiyaya əsasən Q.Şükürovun yerinə Adil Abdullayev təyin ediləcək. Yuxarıda qeyd etdiyimiz kimi A.Abdullayev baş nazirin etimad göstərdiyi adamlardandır və yaxın günlərdə Bakı Lift-Təmir İstehsalat Birliyinin sədri təyin olunacaq. Adil Abdullayev - “Avropa Lift Sistemləri” MMC-nin təsisçisi, Kiçik və Orta Sahibkarlar İttifaqının prezidentidir. Onu da əlavə edək ki, Qüdrət Şükürov hazırda xarici ölkələrdən birində müalicə alır.

Gundeminfo.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ