SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Etibar Pirverdiyev həbs olunur?

Etibar Pirverdiyev həbs olunur?

Tarix:

4-09-2018, 18:05

/ 1 684 dəfə oxundu.
Etibar Pirverdiyev həbs olunur?

Xəbər verdiyimiz kimi ölkə başçısı sərəncam imzalayaraq Etibar Pirverdiyevi “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad etdi. Bunun ardından isə Prezident Adminstrasiyasından verilən məlumata görə vəzifəsindən azad edilən Etibar Pirverdiyevin fəaliyyətində ciddi nöqsanların aşkarlanması ilə bağlı məlumat yayıldı.

Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında yaranmış fasilənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə elə həmin gün Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikası Baş nazirinin birinci müavininin rəhbərliyi ilə Dövlət Komissiyası yaradıldı.

Aparılan araşdırmaların yekunu olaraq Etibar Pirverdiyev fəaliyyətində yol verdiyi nöqsanlara görə həbs edilə bilərmi?

Bununla bağlı Bizimyol.info-ya danışan hüquqşünas Əsabəli Mustafayev bildirib ki, hadisənin baş vermə səbəbi kimi korrupsiya halı təsdiqlənsə rəhbər şəxsin cəzalandırılması olmalıdır:

“Təcrübə göstərir ki, dövlət orqanlarında kütləvi qanun pozutuları olduğu halda rəhbər vəzifədə olanlardan həbs edilənlər olur, amma birinci şəxsə toxunulmur. Burda da çox mümkündür ki, istintaqın nəticəsində bir çox şəxslər birbaşa stansiya ilə işləyən, avadanlıqların alınmasında təmir və quraşdırılmasında iştirak etmiş şəxslər ola bilsin ki, cinayət məsuliyyətinə cəlb olunsun. Bunu istintaq göstərəcək. Ancaq mən özüm həm bir vətəndaş, həm də bir hüquqşünas kimi düşünürəm ki, istənilən halda əsas məsuliyyəti birinci şəxs daşıyır. Çünki birinci şəxsin əsass vəsifəsi aparılan işlərə, ölkəni enerji ilə təmin edən strateji əhəmiyyətli obyektə nasazlığın və gələcək qəzaların baş vermə mümkünlüyünü hesablayıb onların qarşısını almaq üçün tədbirlər görməli olan şəxs odur. Bu işdə əsas siyasəti o müəyyənləşdirir, icraya o nəzarət edir. Ola bilsin icraçı da səhv etsin, korrupsiya hallarına yol verilsin. Çox güman ki da olub. Çünki mediyada yayıldı ki, hadisə səhlənkarlıq və korrupsiya nəticəsində baş verib. Doğrudan da korrupsiya halı təsdiqlənsə rəhbər şəxsin cəzalandırılması olmalıdır.

Belə hallar davam edərsə bu cür hadisələrin davamlılığını gözləmək mümkündür. Bolqarıstanda avtomobil qəzasına görə üç məmur istehfa verdi. Birinci şəxsin məsuliyyətə cəlb olunmalıdır ki,digərləri üçün profiloktik rol oynasın”.

Şərhlər

XƏBƏR LENTİ