yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Ziya Məmmədovun qardaşı oğlu devalvasiyadan dərhal sonra pulları xaricə niyə daşıdıb?

Ziya Məmmədovun qardaşı oğlu devalvasiyadan dərhal sonra pulları xaricə niyə daşıdıb?
26-01-2018, 16:37 185 dəfə baxılıb

Məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, Rövşən Heybətov iş qurmaq adıyla Elnur Məmmədovdan 210 min manat pulunu alaraq ona qarşı dələduzluq etməkdə ittiham olunub.

Virtualaz.org-un əməkdaşı məhkəmə zalından xəbər verir ki, təqsirləndirilən R.Heybətov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib.

E.Məmmədov ifadəsində R.Heybətovu 10 ildir tanıdığını, haqqında bəzən yaxşı, bəzən də pis şeylər eşitdiyini, aralarında normal dostluq münasibətləri olduğunu, arabir xarici səfərlərə bir yerdə getdiklərini göstərib. Belə səfərlərdən biri də 2015-ci ilin noyabr ayında Moskvaya olub. E.Məmmədovun özünə bahalı maşın almaq istədiyini görən R.Heybətov onu bu fikrindən daşındırıb və Türkiyədə birgə iş qurmağı təklif edib.
“Dedi gəl, birgə qəlyan biznesi quraq, yaxşı pul var. Türkiyədə yaşaşan bir neçə adama zəng vurdu yanımda. Onlarla danışdı. Dedi ki, bu işi qurmaq üçün 200 min dollardan çox pul lazımdır. Rövşənə etibar etdiyim üçün razılaşdım. Amma dedim ki, pulu özbaşına verə bilmərəm. Gərək mütləq atamla danışım”-keçmiş nazirin qardaşı oğlu deyib.
E.Məmmədovun ifadəsinə görə, Moskvadan Bakıya qayıtdıqdan sonra Rövşənlə atasını görüşdürüb. Atası onların birgə biznes quracaqlarına inanıb, hətta bu işə “xeyir-dua” da verib.
Ziya Məmmədovun qardaşı oğlu məhkəməyə verdiyi ifadədə daha sonra belə nəql edib:“Üçlükdə görüşdük. Atam öz şərtlərini dedi. Rövşən də “hər şeyə başımla cavabdehəm, özümü oda atmaram” deyib atamı inandırdı. Atam da “yolunuz açıq olsun” deyib xeyir-dua verdi. Devalvasiyanın ikinci günü idi. Maşınımı satmışdım, 100 min pulum var idi. 100 min də bankdan bir aylıq kredit götürdüm ki, faizi az olsun. Özünə də dedim ki, birdən məni pis vəziyyətdə qoyarsan, bax, bu pul mənim boynumdadır. Dedi ki, narahat olma, təhlükəsizliyimi təmin etmək üçün gedəndə özümlə iki nəfər idmançı da aparacağam, birdən “nakolka” verərlər, “kriminalnı yerdir”.
R.Heybətovu Türkiyəyə yola salandan sonra E.Məmmədov pulları onun ardınca “Zaminbank”ın vasitəsilə göndərib. Bir müddət sonra özü də yola düşüb. Amma qonşu ölkəyə çatarkən məlum olub ki, Rövşən avtomobil qəzası keçirib: “Türkiyəyə çatanda zəng vurdum ki, hardasan, mən gəlmişəm. “WhatsApp”a şəkil atdı ki, icarəyə maşın götürmüşəm, hər yer dumandır, heç nə görünmür. Video da çəkib atdı. Yerini dəqiqləşdirmək istədim, amma əlaqə kəsildi. Rövşən yerləşdikləri otelin ünvanını vermişdi deyə ora yollandım. Məni orada idmançılar qarşıladılar. Dedilər ki, bəs “müəllim” qəzaya düşüb. Dedim, bəs onda siz burada neyləyirsiniz, oteldə oturmağa gəlmisiniz? Rövşənə zəng vuranda dedi ki, boynum sınıb. Onun müalicə olunduğu xəstəxanaya qaçdım. Keçdim yanına, nə bir ciddi xəsarəti vardı, nə də sınığı. Həkimlər də ciddi bir şeyi olmadığını dedilər. Amma durmadan qəribə şeylər danışır, sayıqlayırdı. Soruşdum, dedim ki, pul hanı? Dedi, maşını apardılar, pul qabaq oturacaqda idi. Polisdə ifadə verdik. Orda polis əməkdaşları dedilər ki, abi, arabada heç bir şey olmayıb”.
E.Məmmədovun ifadəsinə görə, dostu onu pulların polis əməkdaşları tərəfindən aparıldığına inandırmağa çalışıb, hətta “ağsaqqala de, bu məsələni bir araşdırsın” deyə məsləhət də görüb: “Ona dedim ki, ağsaqqala nə deyim? Deyim mənə qarşı “moşenniklik” etmisən? Onun məqsədi məni çağırıb bütün bu iddialara inandırmaq idi. Çəkdim kənara, mübahisə etdik, bir-birimizə əl-qol da atdıq. Dedi ki, mən sənə qarşı belə hərəkət etmərəm heç vaxt, düz başa düşmürsən”.
Türkiyədən Bakıya qayıtdıqdan sonra E.Məmmədov Rövşəni atası Elton Məmmədovla ikinci dəfə görüşdürüb. R.Heybətov Məmmədovlara öz evini onların adına keçirəcəyinə, qalan pulu da qaytaracağına söz verib. Amma sonra yoxa çıxıb.
“Ertəsi gün zəng vurdum, telefonuna zəng çatmadı. Binanın mühafizəçisi dedi ki, əşyalarını yığıb harasa getdi. Sonradan əlaqə saxlayanda gah Moskvada, gah Kiprdə, gah da Londonda olduğunu deyirdi. Sonra əlaqə birdəfəlik kəsildi. Bəlkə beş yüz dəfə xəbərdarlıq etmişəm. Mənə bu iki il ərzində hissə-hisssə 144 min dollar ödənilib”.
Növbəti prosesdə R.Heybətov ifadə verəcək. Zərərçəkən Elnur Məmmədov R.Heybətova qarşı 65 min manatlıq mülki iddia qaldırıb.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: oglu, Memmedovun, devalvasiyadan, Ziya, niye, dashidib, pullari, derhal, xarice, qardashi, sonra
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-02-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ