yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Eldar Həsənovun adamları vurulmağa başlayıb – Növbəti hədəf “Azərsu” şefidir

Eldar Həsənovun adamları vurulmağa başlayıb – Növbəti hədəf “Azərsu” şefidir
10-01-2018, 16:39 339 dəfə baxılıb

Azərbaycanda qazanılan pulların başqa ölkələrə aparması isə hakimiyyətdə Eldar Həsənovun qudasına qarşı qıcıq yaradıb
Bakının tanınmış iş adamlarından biri – “Şahin” şirkətlər qrupunun və məşhur “Kənd Süfrəsi” və “Kartinq” restoranlarının sahibi Hüseynli Şahin Rabil oğlu ikinci həyat yoldaşını döyərək, bıçaqla qoluna yüngül xəsarət yetirdiyinə görə həbs olunub, hazırda məhkəməsi gedir.
Qeyd edək ki, keçmiş prokurorluq əməkdaşı olan Şahin Hüseynli “Bakı Şərab-2” ASC-nin sahibi Rabil Hüseynovun oğludur. R.Hüseynovun digər oğlu Azərbaycanın sabiq baş prokuroru Eldar Həsənovun kürəkənidir.
Şahin Hüseynlinin həbs edilməsinin səbəbləri ilə bağlı ilginc məlumatlar daxil olub. Məlumatda bildirilir ki, hakimiyyət daxilində Eldar Həsənovla münasibətləri düşmən səviyyəsindən olan bir qruplaşma məhz bu olaydan istifadə edərək onun qudasını cəzalandırır.
Qeyd edək ki, son illər Eldar Həsənovun ölkə içində və xaricində fəallaşması siyasi rəqiblərinin gözündən qaçmayıb. Sabiq baş prokurorun bu fəaliyyəti isə onun ətrafının sıxışdırılması ilə nəticələnməyə başlayıb desək, heç də yanılmarıq. Saytımıza daxil olan məlumata görə hazırda Eldar Həsənovun qudasının “cəzalandırılmasının” səbəblərindən biri Şahin Hüseynlinin atası Rabil Hüseynlinin Türkiyədə, Gürcüstanda və Rusiyada biznes fəaliyyətini genişləndirməsidir. Çünki Azərbaycanda uzun müddət “Bakı Şərab-2” ASC-nin sahibi olan Rabil Hüseynov bu biznesdən böyük pullar qazanıb. Əldə etdiyi milyonlarla dollar vəsaiti isə hissə-hissə ölkədən çıxardan Rabil hüseynov Türkiyə və Rusiyada böyük biznes sahəsinə yatırdığı bildirilir.
Azərbaycanda qazanılan pulların başqa ölkələrə aparması isə hakimiyyətdə Eldar Həsənovun qudasına qarşı qıcıq yaradıb. Rabil Hüseynovun Rusiyada biznes yaratmasında isə ona əsas köməkliyi qudasının etdiyi barədə məlumatlar dolaşır.
Hələ bir müddət əvvəl ölkə mediasında Rabil Hüseynovun “Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynovla Türkiyədə şərikli spirt emal zavodu açması barədə məlumatlar yer almışdı. Həmin məlumatlarda vurğulanırdı ki, Qorxmaz Hüseynov bu şərikliyə məhz Elldar Həsənovun “xeyir duası” ilə qoşulub. Çünki “Azərsu” rəhbərinin bu 2018-ci il prezident seçkilərindən sonra daha böyük bir vəzifəyə təyinat almaq arzusu var.
ASC- rəhbərinin çevrəsinə yaxın olan mənbənin verdiyi məlumata görə Qorxmaz Hüseynovun planında iki HƏDƏF var. BİRİNCİ Meliorasiya və Su Təsərrüfatı ASC, Kənd Təsərrüfatı Nazirliyinin və Ekologiya Nazirliyinin bəzi strukturlarının “Azərsu”ASC birləşdirilərək böyük bir nazirlik yaratmaq. İKİNCİ isə vaxtı ilə onun indiki vəzifəsinə qədər yüksəlməsində rolu olan SOCAR prezidenti Rövnəq Abdullayevin KÜRSÜSÜNƏ sahib olmaq. Mətbuatda yer alan məlumatlarda “Azərsu” prezidentinin SOCAR rəhbərliyinə keçməsi üçün isə sabiq baş prokuror Eldar Həsənovdan yardım aldığı bildirilirdi. Məhz bu ərəfələrdə Şahin Hüseynlinin həbs edilməsi isə yaxın aylarda Eldar Həsənovun hakimiyyət içindəki “komandası”nın vurulması siqnallarından biri kimi qəbul etmək olar.
Verilən məlumata görə Eldar Həsənovun çevrəsində vurulacaq növbəti şəxs “Azərsu” rəhbəri Qorxmaz Hüseynov olacaq. Hüseynovun vurulmasında keçmiş dostu Rövnəq Abdullayevində maraqlı olduğu iddia edilir.

Tendensiya.com


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: shefidir, Hesenovun, hedef, Novbeti, Azersu, adamlari, bashlayib, vurulmaga, Eldar
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ