yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
loading...

“Barak Obama bizi aldatdı” - Rəcəb Tayyib Ərdoğan

“Barak Obama bizi aldatdı” - Rəcəb Tayyib Ərdoğan
20-04-2017, 12:10 57 915 dəfə baxılıb
yüklənir...

“Təəssüf ki, “PYD” və “YPG” (terrorçu PKK qruplaşmasının Suriyadakı qolları – “Report”) məsələsində Barak Obama bizi aldatdı”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Al- Jazeera” televiziyasına müsahibəsində bildirib.
O, bu məsələdə Ağ evin hazırki rəhbərliyinə güvəndiyini söyləyib: “ABŞ-ın indiki hakimiyyətinin eyni işi təkrarlayacağını ehtimal etmirəm”.
“Telefon danışığınızda Donald Tramp ABŞ-ın PKK, YPG və PYD ilə bağlı siyasətinin dəyişdirəcəyi haqqında söz verdimi” sualını Rəcəb Tayyib Ərdoğan belə cavablandırıb: “Əslində, terror qruplaşmalarına qarşı birgə fəaliyyət göstərməyimizi söyləmişdilər. Yeni görüşlərimizdə artıq bunun detallarını üz-üzə müzakirə edəcəyik. Təbii ki bir çox məlumatları onlara təqdim edəcəyik. Əvvəllər PKK ilə bağlı məsələlərdə əlaqələrimiz olub. Obamanın hakimiyyəti dönəmində də əlaqələrimiz mövcud idi. Ancaq təəssüf ki, Obama hakimiyyəti PYD və YPG məsələsində bizi aldatdı” .
R.T.Ərdoğan Trampın hakimiyyətinə ümidlər bəslədiyini vurğulayaraq, telefon danışığı zamanı ABŞ prezidentinin dediklərinin xatırladıb: “Tramp “sizinlə çox önəmli işlər görəcəyik” söylədi”.

Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

25-04-2017


24-04-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ