XalqXəbər.Az

“Tramp dünyanı daha yaxşı edəcək” - Ağalarov

yüklənir...
“Tramp dünyanı daha yaxşı edəcək” - Ağalarov
19-01-2017, 12:31
yüklənir...

Müğənni Emin Ağalarov sabah andiçməsi baş tutacaq ABŞ-ın yeni prezidenti Donald Trampa uğurlar arzulayıb.

Xalqxeber.Az xəbər verir ki, Ağalarov instagram hesabında Trampın prezident seçiləcəyinə heç bir zaman şübhə etmədiyini yazıb:

“Sabah prezident olma yolunda ona inananların az olmasına, dünya mediasının ona qarşı olmasına rəğmən, bu ağıllı, ambisiyalı və uğurlu insan nəhayət ki, Amerika Birləşmiş Ştatlarının prezidenti olacaq. Əminəm ki, o təkcə Amerikanı yenidən güclü etməyəcək, həmçinin dünyanı daha yaxşı edəcək. Uğurlar sizə, cənab prezident Tramp. Mən sizdən heç bir zaman, bir saniyə belə olsun şübhə etməmişəm”.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.