SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Hüsnü Mübarək azadlığa çıxır

Hüsnü Mübarək azadlığa çıxır

Tarix:

13-03-2017, 21:05

/ 1 565 dəfə oxundu.
Hüsnü Mübarək azadlığa çıxır

Misirin Baş prokuroru ölkənin keçmiş prezidenti Hüsnü Mübarəkin azad edilməsi barədə qərar verib.

H.Mübarəkin azad edilməsi ilə bağlı vəsatət bir neçə gün əvvəl onun vəkili tərəfindən təqdim edilmişdi.

Vəkil mətbuata verdiyi açıqlamada keçmiş prezidentin bir neçə gün ərzində azad olunmasını gözlədiyini bildirib. “Azadlığa çıxdıqdan sonra Hüsnü Mübarək Qahirənin Heliopolis rayonuna, prezident olduqdan sonra yaşadığı rayona qayıdacaq”.

Qeyd edək ki, H.Mübarək “ərəb baharı” inqilabı zamanı devrilmiş, daha sonra bir neçə ittihamla ömürlük həbs cəzasına məhkum edilmişdi.

Şərhlər

XƏBƏR LENTİ