yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

CAMAL KAŞIKÇI İŞİ BÖYÜYÜR! - Dünya liderlərindən ard-arda AÇIQLAMALAR

CAMAL KAŞIKÇI İŞİ BÖYÜYÜR! - Dünya liderlərindən ard-arda AÇIQLAMALAR
11-10-2018, 14:45 114 dəfə baxılıb

Camal Kaşıkçının müəmmalı şəkildə itkin düşməsi dünya liderlərinin narahatlığına səbəb olub. Türkiyə prezidenti R.T.Ərdoğan başda olmaqla, məsələ ilə bağlı bir çox ölkənin liderləri narazılıqlarını bildiriblər. ABŞ prezidenti Donald Tramp 2 gün içərisində üç dəfə açıqlama verib.

Prezident Ərdoğan deyib: “Hadisəni hərtərəfli araşdırırıq. Ölkəmizdə baş vermiş bir hadisəyə səssiz qalmağımız mümkün deyil. Çünki bu, adi bir hadisə deyil. Türkiyəyə girişlər, çıxışlar və s. daxil olmaqla hər şey diqqət mərkəzindədir. Hadisənin baş verdiyi Səudiyyə Ərəbistanı Baş konsulluğunda kamera sistemlərinin olmaması mümkündürmü? Yəni, buradan quş uçsa, sistemlər bunu yaxalar. Hazırda ehtimalları səsləndirmək düzgün olmazdı. Lakin narahatlığımız var. ABŞ-ın da eyni dərəcədə narahat olduğunu görürük”.

ABŞ prezidenti D.Tramp deyib: “Bu, çox mühüm məsələdir və onu axıra qədər izləyəcəyik. Yüksək vəzifəli şəxslərlə danışdım. Çox pis bir vəziyyətdir. Bu hadisənin dərindən araşdırılmasını istəyirəm. Kaşıkçının nişanlısını Ağ Evdə görmək istəyirəm. İtkin düşmüş səudiyyəli jurnalist məsələsi ilə əlaqədar Türkiyə ilə yaxından əməkdaşlıq edirik”.

Almaniya: “Ən qısa müddətdə aşkar edilsin”

Almaniyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Kristofer Burger bu gün Berlində keçirilən mətbuat konfransında səudiyyəli jurnalist Camal Kaşıkçının itkin düşməsi ilə bağlı açıqlama verib: “Məşhur jurnalist Camal Kaşıkçının taleyindən narahatıq”.

Avropa İttifaqı Komissiyasının mətbuat nümayəndəsi Karlos Martin Ruiz de Qordeuxela deyib: “Səudiyy Ərəbistanından dərhal səudiyyəli jurnalist Camal Kaşıkçının vəziyyəti ilə bağlı aydın açıqlama gözləyirik”.

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının mətbuat katibi Ravina Şamdasani, Türkiyənin “Anadolu Agentliyi”nə açıqlamasında deyib: “Jurnalist Camal Kaşıkçının Səudiyə Ərəbistanının Baş konsulluğunda itkin düşməsindən ciddi narahatçılıq duyuruq. Kaşıkçının qətlə yetirildiyi ilə bağlı mətbuatda yayılan xəbərlər doğru çıxarsa, bu həqiqətən də şokedici bir hadisə olacaqdır”.

İngiltərənin Xarici İşlər Nazirliyi tərəfindən səudiyyəli jurnalist Kaşıkçının itkin düşməsi ilə bağlı yazılı bir açıqlama yayılıb: “Bundan çox ciddi ittihamlardır. Son xəbərlərdən xəbərdarıq”.

İngiltərə xarici işlər naziri Ceremi Hant ötən həftə İstanbuldakı Səudiyyə Ərəbistanı konsulluğunda itkin düşəndən sonra Camal Kaşılkçının başına nələrin gəldiyini Səudiyyə Ərəbistanının dərhal açıqlamasını tələb edib. Hant deyib: “Əgər mediada yayılan xəbərlər doğrudursa, hadisəni ciddi şəkildə dəyərləndirəcəyik – dostluqlar ortaq dəyərlərə bağlıdır”.

Ağ evin mətbuat katibi Sara Sanders ABŞ prezidenti D.Trampın kabinetindəki üç şəxsin Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanla telefonla danışaraq məlumat tələb elədiklərini bildirib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ