yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Mahmud Əhmədinejat həbs olundu - ŞOK İDDİA

Mahmud Əhmədinejat həbs olundu - ŞOK İDDİA
7-01-2018, 14:28 132 dəfə baxılıb

İranın keçmiş prezidenti Mahmud Əhmədinejatın həbs olunduğu ilə bağlı iddialar yayılıb.
Bu barədə Böyük Britaniyanın paytaxtı Londonda yayımlanan "Al-Quds Al-Arabi" qəzetində məlumat dərc olunub.
Xəbərdə qeyd olunur ki, Tehrandakı etibarlı mənbələrdən əldə olunan məlumata görə, İranın eks-prezidenti xalqı hökumətə qarşı etirazlara təhrik etməkdə ittiham olunur.
Əhmədnejat İranın qərbində yerləşən Buşehr şəhərinə səfəri zamanı çıxışında mövcud liderlərin xalqın narazılıq və problemlərinə biganə yanaşdıqlarını bildirib. İran xalqının Həsən Ruhani rejiminin pis idarəçiliyindən əziyyət çəkdiyini vurğulayan sabiq prezident mövcud idarəçiliyi sərt şəkildə tənqid edib:
"Hazırkı İran liderləri xalqın narazılıqlarına və problemlərinə biganə yanaşırlar. Onların cəmiyyətin həqiqətləri ilə bağlı heç bir fikirləri yoxdur. Ruhani hökuməti bu torpaqların onlara məxsus olduğuna və cəmiyyətin cahil olduğuna inanır".
Qeyd edək ki, aksiyaların 7-ci günündə mətbuata açıqlama verən "Sepah"ın baş komandanı Məhəmməd Əli Cəfəri də etirazçıları hökumətə qarşı qaldıranlar arasında keçmiş siyasətçilərin olduğunu vurğulamış və adını açıqlamasa da yerli mətbuat həmin şəxsin Əhmədnejat olduğuna işarə edildiyini yazmışdı.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Ehmedinejat, ShOK, Mahmud, hebs, DDA, olundu,
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ