yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Türkiyəylə ABŞ arasında böhran böyüyür - Diplomat konsulluqda gizlənir

Türkiyəylə ABŞ arasında böhran böyüyür - Diplomat konsulluqda gizlənir
9-10-2017, 13:15 60 885 dəfə baxılıb
yüklənir...

Türkiyə ilə ABŞ arasında diplomatik qalmaqal daha da böyüyür.

ABŞ-ın Ankaradakı səfirliyi Türkiyə vətəndaşlarının viza müraciətlərini dayandırdıqdan sonra Türkiyə də analoji addımı atıb. Türkiyənin Vaşinqtondakı səfirliyi bəyan edib ki, Ankaranın diplomatik missiyasının əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün belə bir qərar qəbul edib.

Xatırladaq ki, eyni məzmunlu açıqlama ilə türk vətəndaşlarına viza verilişini dayandıran ABŞ çıxış etmişdi.

İki ölkə arasında qalmaqal ötən həftə İstanbulda ABŞ konsulluğunun əməkdaşı Metin Topuzun saxlanılmasından sonra yaranıb. Türkiyə hökuməti onu Fətulla Gülənlə əlaqələri olmasında ittiham etmişdi. Vaşinqton bunu əsassız və ikitərəfli əlaqələrə zərər vuran addım kimi dəyərləndirmişdi.

Bu gün isə Türkiyə Baş prokurorluğu ABŞ konsulluğunun daha bir əməkdaşı haqda həbs qərarı çıxarıb. Həmin şəxsin türk vətəndaşı olduğu və həyat yoldaşının FETÖ-nun çağırışından sonra Asiya Bankına pul yatdırdığı ortaya çıxıb. Konsulluqdan çıxmadığı üçün diplomatı saxlamaq hələ ki, mümkün olmayıb.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: bohran, Diplomat, ABSh, , gizlenir, Turkiyeyle, arasinda, konsulluqda, boyuyur
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-10-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ