yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Ramiz Zeynalovu qanunu pula dəyişənlərlə nə birləşdirir?

Ramiz Zeynalovu qanunu pula dəyişənlərlə nə birləşdirir?
19-01-2017, 15:27 650 dəfə baxılıb
yüklənir...

Onun nə az, nə çox, düz 67 yaşı var. Daşıdığı vəzifədə 1994-cü ildən təmsil olunur. Yəni 23 ildir Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəisidir. Söhbətin kimdən getdiyi yəqin ki, hər kəsə məlum oldu: Polis general-mayoru Ramiz Zeynalov. 67 yaşının olmasına və 23 il eyni postu tutmasına baxmayaraq, general-mayorun niyə təqaüdə çıxmadığı sizlərə maraqlı deyilmi?!

Əslində çoxları, xüsusilə sürücülük məktəbini oxuyub sürücülük vəsiqəsini almağa tam hazır olmasına baxmayaraq, bunun üçün minlərlə AZN ödəyənləri bu cavabsız sual çox düşündürür. Bu sualın cavabı aşağıdadır:

Ötən həftə Lənkəran 5 saylı Regional Qeydiyyat-İmtahan Şöbəsinin (RQİŞ) rəisi Əlixan Zeynalovun sürücülük vəsiqələrinin satışı ilə məşğul olması haqqında məlumat daxil olandan sonra bütün diqqət BDYPİ rəisi Ramiz Zeynalovun üzərinə yönəltdi. Buna səbəb isə iki amil idi:

1. Əlixan Zeynalov Ramiz Zeynalova tabe olan şəxsdir və onun paytaxtdan uzaq olan Lənkəranda sürücülük vəsiqələrinin açıq satışının təşkil etməsi birbaşa öz rəisinin adına xələl gətirir. Redaksiyamıza daxil olan məlumatda da göstərilir ki, Əlixan Zeynalov B və C kateqoriyalı sürücülük vəsiqəsini 1200 AZN-ə, D və E kateqoriyalı sürücülük vəsiqəsini isə 2000 və daha yüksək qiymətə satır. İlk ortaya çıxan versiya belədir ki, Əlixan Zeynalov öz rəisi Ramiz Zeynalovdan xəbərsiz şəkildə "bazar” açıb. Onun turizm zonası olan Lənkəranda otel biznesinə girişməsi, sürücülük vəsiqələri ilə yanaşı, avtomobillərin texniki baxışdan keçirilməsinə görə dövlət rüsumundan qat-qat çox haqq alması, bütün bunlar azmış kimi, qanun keşikçisi olmasına baxmayaraq, 10000 AZN-ə saxta sənədlər düzəltməsi kimi informasiyalar korrupsiya faktorunu qabarıq şəkildə ortaya çıxarır. Və ola bilməz ki, Əlixan Zeynalov bütün bu işləri rəisi Ramiz Zeynalovdan xəbərsiz həyata keçirsin. Əslində bütün bu ehtimallar Əlixan Zeynalovun dilindən çıxan ifadələrlə təsdiqini tapır və burada ikinci amil ön plana çıxır.

2. "General belə əmr edir, mən də edirəm. Heç kim mənə şikayət etməsin”.

Yerli mənbələrdən əldə etdiyimiz məlumata görə, bu sözləri Əlixan Zeynalov sürücülük vəsiqələrinə görə ödənilən məbləğə etiraz edən vətəndaşlara deyir. Bu kiçik detal Lənkəranda qanun keşişçisi adından istifadə edən Əlixan Zeynalovun qurduğu "biznes şəbəkəsi”ni Ramiz Zeynalovun himayə etdiyini göstərmirmi?!

Əslində Azərbaycan reallığı fonunda bu faktın təsdiqi üçün çox da əziyyət çəkmək lazım deyil. Hər kəsə məlumdur ki, hansısa vəzifədə əyləşən məmurun işçisi, yaxud qohumu biznes yaradırsa, bu, birbaşa həmin məmura bağlıdır. Təcrübə göstərir ki, əksər halda belə olur. Xüsusilə çiyinlərində "paqon” gəzdirən şəxsin belə bir biznes şəbəkəsinin olması, diqqəti avtomotik olaraq onun rəisinə yönəldir. Doğrudur, Azərbaycanda əksər sahələrdə olduğu kimi, hüquq-mühafizə orqanlarında da əmək haqqı yüksəkdir və polislərimizin aldıqları əmək haqqı onların normal səviyyədə yaşamasına kifayət edir. Əslində gecə-gündüz vətəndaşın təhlükəsizliyinin keşiyində dayanan şərəfli polislərimiz həmişə ən yüksək diqqətə layiqdirlər. Bu gün dövlətimizin bu diqqəti göstərdiyini asanlıqla deyə bilərik. Bəs, polis adından və tutduğu vəzifədən istifadə edənlərə nə deyək?! Axı, onlar hər şeydən öncə şərəfli polis adına ləkə gətirmirmi?!

Axı, bu gün Əlixan Zeynalovun aldığı əmək haqqı ilə otel biznesi qurması mümkün ola bilərmi?! Təbii ki, yox. Bunu hər kəs görür və bilir. Bəs general-mayor Ramiz Zeynalov görmürmü?! Mümkün deyil ki, 22 il yüksək post tutan Ramiz Zeynalov ona tabe olan işçisinin Lənkəranda vətəndaşlara tutduğu divandan xəbəri olmasın. Ən azından, indiyə qədər mediada Əlixan Zeynalovun Lənkəranda açdığı "bazar”dan dəfələrlə yazıb.

General-mayor Ramiz Zeynalov hara baxır?

Bu sualın cavabı yalnız bu ola bilər: "Ayın sonunda alacağı haqqa”. Bunu biz yox, Əlixan Zeynalov "generalın tapşırığıdır” sözləri ilə açıq-aydın deyir. Əgər o, bütün qanunsuz işlərini, vətəndaşları soymasını və qazandığı pullarla özünə biznes yaratmasını Ramiz Zeynalovun göstərişi ilə etdiyini deyirsə, deməli hər şey aydındır. İndi polis general-mayoru deyə bilərmi ki, ona tabe olan işçisi onun adından istifadə edir, yaxud yalan danışır?!

Qeyd: məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-10-2017


19-10-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ