SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “AAAF Park” şefinin bacısı oğlu kimə meydan oxuyur?- İnanılmaz iddialar

“AAAF Park” şefinin bacısı oğlu kimə meydan oxuyur?- İnanılmaz iddialar

Tarix:

22-01-2019, 23:52

/ 843 dəfə oxundu.
“AAAF Park” şefinin bacısı oğlu kimə meydan oxuyur?- İnanılmaz iddialar

Bir zamanlar təmtəraqla tanıdılan, Xırdalanda “şəhər içində analoqsuz şəhər” kimi təqdim edilən “AAAF Park” yaşayış kompleksinın adı artıq uzun müddətdir, problemlər və hətta kriminalla assosiasiya olunmaqdadır.

Cahan.info xəbər verir ki, bu gün “AAAF Park” yaşayış kompleksi sakinlərinin ən müxtəlif məsələləri əhatə edən şikayətləri yerli medianın müntəzəm gündəmə gələn mövzularından birinə çevrilib.

Problemlər isə o qədər çoxdur ki, onları konkretləşdirib ayırmaq asan deyil. Qısacası, sahiblərinin “Xırdalanın cənnəti” epiteti ilə “bəzədikləri” “AAAF Park” haqqında müsbət fikir söyləmək imkansız hala gəlib.

Yeni il gecəsi belə kompleksdəki binalarda işıqların kəsilməsi isə qeyd olunan neqativlərin “akkord”u sayıla bilər.

Sakinləri problemlər məngənəsindən buraxmayan “AAAF Park”ın adı yenə gündəmdədir və bu dəfə məsələ heç də məişət xarakterli deyil.

Söhbət “AAAF İnşaat” MMC-nin sahibi Tofiq Heydərovun bacısı oğlu Ruslan Xanverdiyevin kompleksin ərazisində şəbəkə formalaşdırmasıdır.

İddialara görə, R.Xanverdiyev mərhum kriminal avtoritet Rövşən Lənkəranskiyə simpatiyasını heç vaxt gizlətməyib.

Hətta onun Abşerondakı ən yaxın adamlarından biri Ruslana məxsus idman zallarında bir müddət məşqçilik edib. Sonra adam narkotik ittihamı ilə həbs olunub.

Hazırda Ruslanın “Lotu Quli”nin yaxınları ilə münasibəti olduğu, özünə Gürcüstandan yeni ortaq tapdığı bildirilir. Onun yeni şərikinin tikinti sektorunda “Aqlay Arif” kimi tanınan şəxs olduğu bildirilir.

Söz-söhbətlərə görə,“AAAF İnşaat” MMCsahibi Tofiq Heydərov Ruslanın bu xidmətlərindən yararlanır. Özünün lazımlılığını başa düşən Xanverdiyev Heydərovun özünü də qızışdıraraq, yanlış səmtə istiqamətləndirməyi bacarır və ona əlavə düşmənlər qazandırır.

“AAAF Park”ın Xırdalanda bina tikdiyi bir çox torpaq sahələrinin sahibi də ərazidə qoçu dəstəsi saxlayır. Bəzən bu qruplar kəllə-kəlləyə gəlir, bəzən isə birləşib sakinlərə divan tuturlar.

Qısacası, kriminal xarakter alan “AAAF”daxili nüfuz müharibələrinin “çanağı” sakinlərin başında çatlayır. Çünki yaşayış kompleksinin çoxsaylı problemlərini həll etməli olanların başı hansı yolla olur-olsun, öz maddi sərvətlərini artırmağa qarışıb.

Cahan.info xəbər verir ki, artıq bir aydan çoxdur “AAAF Park” Yaşayış Kompleksi sakinlərinin problemləri ilə bağlı məlumatlar getməkdədir.

Sakinləri soyuq qış günlərində işıqsız, susuz, istiliksiz qoyan “AAAF Park” rəhbərliyi indi də sakinlərin şəxsi məlumatlarını, “borc”ları haqda məlumatları digər sakinlərə ötürməklə məlumat gizliliyinə xələl gətirir.

Artıq bununla bağlı onlarla sakin müraciət ünvanlayıb, sosial şəbəkələrdə yazıb. “AAAF Park” rəhbərliyi iddia edir ki, “Azərişıq” ASC-nin bütün yaşayış komplekslərində sayğacların smart sayğaclarla dəyişdirilməsini tələb edir.

Lakin bəlli olur ki, “AAAF Park” Yaşayış Kompleksində quraşdırılan sayğaclardan heç bir smart sayğac deyil.

“Azərişıq” ASC-nin yaydığı məlumata əsasən ölkə ərazisində smart sayğac quraşdırmaları kütləvi şəkildə həyata keçirilməyəcək. Bəs “AAAF Park” rəhbərliyi nədən hər sakindən 800 manat pul tələb edir?

“AAAF Park” Kompleksi sakinlərinin bildirdiyinə görə , toplanan 800 manat məhz rüşvətdir. “Buradan görünən budur ki, “AAAF Park” 800 manat məbləğində sakinlərdən rüşvət toplamaqla məşğuldur.

Kompleksdə ödənişlər nağdsız olaraq həyata keçirilir. Bu isə Vergilər Nazirliyinin qanunlarına ziddir, cinayətdir. Xidmətlərə gəlincə, hər gün yaşayış kompleksində işıqlar keçirilir, sular kəsilir.

Bilərək bu əməllərə əl atıb sakinləri təhdid edirlər ki, bəlkə qanunları bilməyən adamlar gəlib qanunsuz ödəniş edələr” – Sakinlərin müraciətində belə deyilir.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ