SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » DGK sədri Səfər Mehdiyevə tərs suallar "- ...rüşvətsiz gətirilib satılır?"

DGK sədri Səfər Mehdiyevə tərs suallar "- ...rüşvətsiz gətirilib satılır?"

Tarix:

3-01-2019, 10:01

/ 1 440 dəfə oxundu.
DGK sədri Səfər Mehdiyevə tərs suallar "- ...rüşvətsiz gətirilib satılır?"

“Ötən ilin sonu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin mətbuat konfransında səsləndiriyi fikirlərlə yadda qaldı. Xüsusilə sədrin “əgər burada oturanlardan kimsə, mən özüm də daxil olmaqla, heç olmasa 1 manat rüşvət alsaq həbsxanada oturmağa hazırıq” bəyanatı 1 manatı heç rüşvət də hesab etməyən (“podarkadır”, “şirinlikdir”, “çay puludur” və s.) əksər soydaşlarımıza ləzzət elədi”.

Cebhe.info xəbər verir ki, bu fikirlərlə iqtisadçı-ekspert Əkrəm Həsənov çıxış edib. O, deyib ki, digər əks-sədalı açıqlama Gürcüstan gömrük məntəqələrindəki rahatlıq və bizdəki “cəhənnəm əzabı” ilə əlaqədar verilən müqayisəli sualla bağlı idi:

“Sədr dedi ki, “Gürcü tərəfi tam açıq gömrük nəzarəti həyata keçirir. Siz özünüz də şahidi olmuşunuz ki, heç bir nəqliyyat vasitəsi yoxlanılmır, avtomobillərin yük yerinə baxış keçirilmir. Lakin biz bəzi qonşularımızın siyasətini nəzərə alaraq və öz siyasətimizə uyğun olaraq bütün avtomobilləri yoxlayırıq, təhlükəsizliyin təmin edilməsinə dair bizim həyata keçirdiyimiz siyasət tamam fərqlidir. Çox yaxşı! Bəs onda niyə bayram günlərində (bəzi yerlərdə hələ indi də davam edir) ölkədə ara kəsmədən partladılan pirotexniki məmulatlar gömrük orqanları tərəfindən aşkar edilməyib və ölkəyə gətirilib? Xatırladıram ki, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Qanunun 9-cu maddəsinə əsasən partlayıcı maddələr və qurğular, tez alışan maddələr və pirotexniki məmulatlar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalara aid edilib. Yəni mülki dövriyyənin yalnız müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyalardır.

Buna baxmayaraq, sözügedən məmulatlar ölkəyə kütləvi şəkildə gətilib və küçələrdə açıq-aşkar satılırdı.

Artıq məlumdur ki, bu məmulatlar nəticəsində yaralanan vətəndaşlarımız da var. Amma psixoloji sarsıntı keçirmiş körpələr, xəstələr və qocaların dəqiq sayı haqda məlumat təbii ki, yoxdur (özü də onların çoxu heç də bayramın əleyhdarı deyil, onu qeyd edirdilər). Pirotexnika hətta liftlərdə də partladılırdı və nəticədə onlarda da sıradan çıxma halları var. Başqa misallar da var təbii... Qeyd edilənlərə əsasən sual yaranır: bu qədər pirotexniki məmulat ölkəyə rüşvətsiz gətirilib satılır? Görəsən, məsələn, məsafədən idarə edilən pilotsuz uçan aparatları, o cümlədən dronları da rahat gətirib satmaq olar? Bəs silahı?”

Şərhlər

XƏBƏR LENTİ