SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Etibar Pirverdiyevin kadrı yeni vəzifəyə can atır – “Azərenerji”də

Etibar Pirverdiyevin kadrı yeni vəzifəyə can atır – “Azərenerji”də

Tarix:

26-11-2018, 13:17

/ 2 961 dəfə oxundu.
Etibar Pirverdiyevin kadrı yeni vəzifəyə can atır – “Azərenerji”də

“Azərenerji”Açıq Səhmdar Cəmiyyətinin sədri Etibar Pirverdiyevin sentyabr ayında tutduğu vəzifədən azad edilməsinin səbəbi hamıya məlumdur. 2018-ci il iyulun 3-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin yarımstansiyalarından birində cərəyan transformatorunda baş vermiş qəzadan sonra respublikanın enerji sistemində ciddi problemlər yaşanmış, Bakı və Gəncə şəhərləri də daxil olmaqla ölkənin 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranmışdır. Qəzanın yaranma səbəblərinin araşdırılması üçün Prezident İlham Əliyevin əmri ilə yaradılmış Dövlət Komissiyası tərəfindən yerli və xarici ekspertlər, aidiyyəti dövlət orqanlarının və qurumlarının nümayəndələri də cəlb edilməklə qəzanın baş vermə səbəbləri ciddi araşdırılmış, mövcud çatışmazlıqlar və problemlər, habelə qəzanı doğuran hallar da əks olunmaqla, hərtərəfli və geniş rəy hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilmişdir. Komissiya tərəfindən hazırlanmış rəydə baş vermiş qəzanın əsas səbəblərindən biri kimi birmənalı olaraq “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin qəzaya lazımi səviyyədə hazır olmaması, fəaliyyətində mövcud olan texniki və bir sıra digər çatışmazlıqlar üzündən qəzaya adekvat reaksiya verə bilməməsi, habelə nəticədə ölkənin enerji sistemində qəzaya gətirib çıxaran bir sıra digər nöqsanlara yol verdiyi göstərildiyindən sözügedən cəmiyyətin sədri Etibar Pirverdiyev işdə yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən azad edilmişdi.

Etibar Pirverdiyevi isə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev əvəz etməli oldu. Həmin Baba Rzayev ki, bir neçə il öncə Prezident İlham Əliyev sərəncamla “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırdı və qurumu əvvəllər də”Bakıelektrikşəbəkə”-yə rəhbərlik etmiş Baba Rzayevə həvalə etdi
Bundan əlavə sözügedən sərəncamla Azərbaycan ərazisində “Azərenerji” ASC tərəfindən həyata keçirilən elektrik enerjisilə istehlakçıların təmin olunması fəaliyyəti “Azərişıq”-a verildi. O cümlədən, istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan “Azərenerji” -nin balansındakı əmlak və digər avadanlıqlar da “Azərişıq”-ın balansına verildi. Sonra isə Baba Rzayev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin sədri oldu. Baba Rzayev yeni təyin olunduğu qurumda fəaliyyətə başlar, başlamaz dövrü mətbuatda “Azərişıq” işçılərinin “Azərenerji” -yə kütləvi şəkildə axacağı barədə məlumatlar yayıldı. Məlumata görə bu dəyişiklik təkcə strtuktur və mövcud idarəetmə sistemində deyil, həm də kadrlarda özünü göstərməyə başlayıb. Belə ki, «Azərişıq»ın nəzdində yeni regional qurumlar yaratmış Baba Rzayev artıq «Azərenerji»nin sabiq rəhbəri Etibar Pirverdiyevin kadrlarını da «təmizləməyə» başlayıb. Digər məlumatda isə B.Rzayevin yaxın ətrafına hər iki qurumun birləşdiriləcəyi ilə bağlı bəzi ehtimallar söylədiyi və gözləməyi məsləhət bildiyi xəbər verilir. Buna baxmayaraq “Azərişıqda” artıq camadanlarını hazırlayıb daha da böyük vəzifəyə getmək istəyənlərin sayı heç də az deyil.

Onlardan biri də artəq iyirmi ildən çoxdur ki, səhndar cəmiyyətin Avtonəqliyyat İdarəsinin rəisi Səxavət Səlimovdur. Məlumatlı mənbənin sözlərinə görə Səxavət Səlimov rəhvərlik etdiyi quruma da məhz Etibar Pirverdiyev tərəfindən təyin olunmasına baxmayaraq, uzun müddətdir ki, bu sahədə çalışır. Çalışdığı müddət ərzində Səxavət Səlimovun “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Avtonəqliyyat idarəsində nə kimi yeniliklər etməsi barədə konkret fikir söyləmək çətin olsa da, onun şəxsi var dövlətinin artırması ilə bağlı kifayət qədər məlumatlar mövcuddur. Bəs görəsən Səxavət Səlimov bu var dövləti hansı yollarla artıra bilib? Təbii ki büdcədən ayrılan pullar hesabına. Məlum olduğu kimi “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Avtonəqliyyat İdarəsinə avtomobillərin hərəkət etməsi üçün hər ay yanacaq pulu ayrılır. Bu pulların yanacağa nə qədər sərf edildıyini məlumatlı mənbənin sözlərinə görə Səxavət Səlimovdan başqa kimsə bilmir. Bundan əlavə idarəyə avtomobillərə ehtiyyat hissələrin,şin və sürtgü yağlarının alınması üçün ayrılan vəsait də çox vaxt Səxavət Səlimova bəs etmir. Bu idarəyə məxsus avtomobillərdə də özünü göstərməkdədir. Sınıq, salxaq avtomobillərin təmirinə ayrılmış vəsitlər bəs görəsən hara gedir?

Bütün bu kimi yarıtmaz işlərinə baxmayaraq məlumatlı mənbənin sözlərinə görə Səxavət Səlimov daha da böyük vəzifə iddiasındadır. Amma unudur ki Etibar Pirverdiyev artıq vəzifəsindən uzaqlaşlaşdırıləıb və Baba Rzayev yeni işində çətin ki, ona etimad göstərə.

Aktualinfo.org

Şərhlər

XƏBƏR LENTİ