SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Daha bir dəhşətli qəza, 2 nəfər həlak oldu - Sürücü saxlanıldı

Daha bir dəhşətli qəza, 2 nəfər həlak oldu - Sürücü saxlanıldı

Tarix:

2-10-2018, 18:43

/ 1 347 dəfə oxundu.
Daha bir dəhşətli qəza, 2 nəfər həlak oldu - Sürücü saxlanıldı

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu bu gün baş verən qəzayla bağlı məlumat yayıb.

Daxil olan məlumatda qeyd edilir ki, oktyabrın 2-də saat 10 radələrində Sumqayıt şəhər sakini Bəşirov Fəxrəddin Asif oğlu idarə etdiyi “İsuzu” markalı 90-XU-233 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Binəqədi rayonu, Novxanı qəsəbəsi, Dəniz Kənarı küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən 2004-cü il təvəllüdlü Qasımov Ayxan Xəyyam oğlu və Bayramov Rasim Vüqar oğlunu vurub, nəticədə onlar aldıqları xəsarətlərdən hadisə yerində vəfat edib.

Fakta görə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilmiş, müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizaları təyin edilmiş, şahidlərin ifadəsi alınmış və digər zəruri istintaq hərəkətləri yerinə yetirilmişdir.

F.Bəşirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Şərhlər

XƏBƏR LENTİ