yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Hərbi xidmətdə olmayana qız verməyin” - Əli Həsənov

“Hərbi xidmətdə olmayana qız verməyin” - Əli Həsənov
3-03-2017, 13:48 398 dəfə baxılıb

“Məcburi köçkün ailələri, qızınızı ərə verərkən oğlanın hərbi xidmətdə olub-olumadığını mütləq öyrənin. Hərbi xidmətdə olmayıbsa, qızınızı verməyin”.

Bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov “Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf konsepsiyası” (Ağdam şəhərinin timsalında) adlı layihənin təqdimat mərasimində çıxışı zamanı deyib.

“Məcburi köçkün ailələri çalışmalıdır ki, hərbi məktəblərdə ilk növbədə onların övladları oxusun. Biz Təhsil Nazirliyi və digər qurumlarla birlikdə bununla bağlı tədbir keçirmişik. Hesab edirəm ki, vətənpərvərlik uşaq bağçalarından başlamalıdır”.

Ə. Həsənov deyib ki, məcburi köçkün uşaqların hərbi təhsil alması ilə bağlı 2014-cü ildə araşdırma apararkən, xoşagəlməz mənzərə ilə qarşılaşıb:

"Bütün işğal olunmuş rayonlardan ali hərbi məktəblərdə cəmi 30 gənc təhsil alırdı. Bu barədə prezidentə müraciət edərək, məsələnin həlli üçün icazə istədim. Sənin torpağın işğal olunubsa, hərbi təhsil almaq istəmirsənsə, bununla yanaşı, hətta fərarilik edirsənsə, bu, yolverilməzdir. Bu gün ali hərbi məktəblərdə təhsil alan tələbələrin sayı 10 dəfə artıb, fərarilik aradan qalxıb. Ən qeyrətli gənclər şəhid olurlar".


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

11-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ