SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » «GRAND HOTEL» MÜŞTƏRİLƏRİYLƏ «MƏŞƏDİ İBAD OYUNU» OYNAYIR

«GRAND HOTEL» MÜŞTƏRİLƏRİYLƏ «MƏŞƏDİ İBAD OYUNU» OYNAYIR

Tarix:

7-09-2018, 15:48

/ 2 629 dəfə oxundu.
«GRAND HOTEL» MÜŞTƏRİLƏRİYLƏ «MƏŞƏDİ İBAD OYUNU» OYNAYIR

Turizm potensialı böyük olan, beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edən Azərbaycanda fəaliyyət göstərən otel və istirahət mərkəzlərinin dünya standartlarına uyğun səviyyəyə çatdırılması prioritet əhəmiyyət daşıyır. Lakin bu profil üzrə işləyən obyektlərin bir çoxu problemlərdən xali deyildir. Mehmanxana tipli otellərin bəziləri ölkəmizə təşrif buyurmaları mövsümi xarakter daşıyan, yaxud, hər hansı bir tədbirlə əlaqəli olan turistlərdən daha çox yerli əhaliyə ilboyu «xarici» xidmət təklif etməyi daha sərfəli sayır. Artıq cəmiyyətimizin şüurunda bu tip müəssisələr barədə , onların göstərdikləri xidmətin özündə nələri ehtiva etməsi, sahiblərinin reputasiyası ilə bağlı xoşagəlməz stereotip formalaşıb. Bakıda Dərnəgül şossesi — 108 ünvanda yerləşən Grand Hotelin sahibi «Mafioz» ləqəbli İldırım bəyin dəfələrlə DİN-nin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi tərəfindən cəlb olunduğu məsuliyyətdən çevikliklə yaxa qurtarmasına dair ilginc iddialar dolaşıb. Oteldə adam öldürülməsi faktının ört-basdır edilməsi, hazırda qumar oyunlarının təşkil edilməsi, «Grand»dan başqa Nərimanov rayonunun Montin qəsəbəsində «Şəki» restoranı ilə üzbüz üçmərtəbəli » Cili priton»un və Elitin yaxınlığında «Rusaloçka» otelinin sahibi olması ilə bağlı da söhbətlər gəzir. Bu yaxında əldə etdiyimiz məlumata görə, Grand Hotel müştərilərinə qurduğu pul tələlərini daha da sərtləşdirib. Etibarlı mənbədən verilən məlumata görə, oteldə ortalama 50 (əlli) manata otaq kirayələyən müştəriyə haqqını ödəmiş olduğu saatlar başa çatmadan, yenidən bir o qədər məbləğdə pul «oxunur». Müştəri «kefinə soğan doğranmasın» deyə istirahətin dadını tam çıxarmaq üçün tələb olunanı verir və elə bilir ki, sutkanın ikinci yarısını, yəni gecəni orada keçirməyin də haqqını ödəyib. Lakin gecəyarı istirahətin demək olar ən «şirin» yerində onun əhvalına bu dəfə «sarımsaq şirəsi sıxırlar» — Üçüncü dəfə qarşısına pul tələbi qoyurlar. Müştəri ilə bu cür «Məşdi İbad oyunu» oynanılmasına münasibət bildirməsi üçün biz redaksiyadan otelin Ramin adlı administratoruna zəng vurduq. İnzibatçı məsələdən hali olandan sonra vəd etdi ki, otel rəhbərliyi ilə danışıb cavab verəcək. Müəyyən vaxt keçəndən sonra onu bir də aradıq. Bu dəfə Ramin bəy etinasız şəkildə «nə yazırsınız — yazın» deməklə kifayətləndi. Təxmin etdik ki, sahibi ilə danışıb və bizə verdiyi cavab da otel rəhbərliyinin özündənrazılığının ifadəsidir. Belə çıxır ki, «Mafioz İldırım»ın əlləri hələ də «yuxarı»da kiminsə ətəyindədir.

Göstərilən faktlarla bağlı aidiyyatı qurumlardan aldığımız cavabdan sonra mövzuya yenidən qayıdacağıq

Deryaz.az

Şərhlər

XƏBƏR LENTİ