SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Mikayıl Cabbarovun "100 gün"ünü bərk izləyirdilər, amma Ceyhun Bayramovun 100 günü barədə heç kim danışmır"

"Mikayıl Cabbarovun "100 gün"ünü bərk izləyirdilər, amma Ceyhun Bayramovun 100 günü barədə heç kim danışmır"

Tarix:

2-08-2018, 09:37

/ 1 646 dəfə oxundu.
"Mikayıl Cabbarovun "100 gün"ünü bərk izləyirdilər, amma Ceyhun Bayramovun 100 günü barədə heç kim danışmır"

Təhsil Nazirliyi maraqlı bir yeniliyə imza ataraq qurumda ən sanballı postlardan bir olan şöbə müdiri vəzifəsinə işçi axtardığnı aləmə car çəkib.

Aşağdakı iki sualla tanınmış təhsil eksperti Etibar Əliyevin mövzu ətrafında fikirlərini öyrəndik:

- Sizdən yaxşı şöbə müdiri olar, bəlkə siz də şansınızı sınayasınız?

Məndən yaxşı şöbə müdiri olar desəniz də, özüm haqqında çox da yüksək fikirdə deyiləm. Ölkədə bütün dövlət orqanlarında gəncləşmə prosesi başlayıb. Elan olunan vəzifəni tutmaq üçün gənclər arasında seçim aparmaq daha doğru olardı. Təhsil sahəsində paradiqmalar sürətlə dəyişir. 10-20 il bundan öncəki idarəetmənin fəlsəfəsi indikindən kəskin fərqlənir. İndiki durumda düşünürəm ki, bütün sahələrdə təcrübəli məsləhətçilərə, ekspertlərə böyük ehtiyac duyulur. Ancaq bunun tətbiqini görmürəm. İndi nüfuzlu ali məktəb məzunlarının çoxu təcrid formasında çalışırlar. Onların əksəriyyəti cəmiyyətə yad adam təsiri bağışlayır. İdarəetmədə gəncləşmə siyasəti rasional şəkildə həyata keçirilsə yaşlı nəslin nümayəndələrinə ehtiyac qalmaz. “Bilirəm” deyilən bir xəstəlik var. Buna tutulan yaşlı və gənc nəslin nümayəndəsi işinə heç bir töhfə verə bilməz. Konkret olaraq mən o cür vəzifələrin tutulması üçün müsabiqələrdə iştirak etmirəm. Bu həm yaşla, həm də praqmatikliklə bağlıdır.


- Mikayıl Cabbarovla işləmək sizcə daha asan olardı, yoxsa Ceyhun Bayramovla?

- Mikayıl Cabbarov 5 ilə yaxın bir müddətdə təhsil naziri vəzifəsində çalışdı. Təhsil eksperti kimi onun idarəçiliyi barədə məlumatlıyam. İşçilərlə həddindən artıq səmimi münasibət qururdu və bunun fövqündə iş tələb edirdi. Bu, çox mütərəqqi idarəetmə üsuludur. İstənilən tədbirdə onunla fikir mübadiləsi aparmaq mümkün idi. Proseslərin gedişatı göstərir ki, Ceyhun müəllim təməl prinsiplərə riayət edir. Maraqlı bir məsələ yadıma düşdü. Mikayıl Cabbarov nazir təyin olunduqda onun 100 günlük fəaliyyətini bərk izləyirdilər. Amma Ceyhun Bayramovun 100 günü barədə heç kim danışmır. Onun 100 günlük nazir fəaiyyəti başa çatdıqdan sonra fikir bildirmək olar. Bu müddətə şübhəsiz ki, yay tətili daxil deyil.

Moderator.az

Şərhlər

XƏBƏR LENTİ