SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » ÖMÜRLÜK ƏLİLDİR, HƏR İL HƏRBİ XİDMƏTƏ ÇAĞIRILIR - ŞİKAYƏT

ÖMÜRLÜK ƏLİLDİR, HƏR İL HƏRBİ XİDMƏTƏ ÇAĞIRILIR - ŞİKAYƏT

Tarix:

27-07-2018, 15:00

/ 2 805 dəfə oxundu.
ÖMÜRLÜK ƏLİLDİR, HƏR İL HƏRBİ XİDMƏTƏ ÇAĞIRILIR - ŞİKAYƏT

Yardıma möhtac olan Qəbələ sakini anadangəlmə şikəst olsa da, təqaüd də ala bilmir...
Qəbələ rayonu Soltan Nuxa kənd sakini, Turqay Teymur oğlu İsrafilov anadangəlmə döş qəfəsinin deformasiyası diaqnozu ulə şikəst olduğundan, hərbi xidmət üçün yararsız hesab olunub. Halbuki, 23 yaşlı Turqayın uşaqlıqdan arzusu Azərbaycan Silahlı Qüvvələrində xidmət keçmək olub. Lakin həkimlərin rəyinə əsasən, səhhətində problemləri olan bu gəncə Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Qəbələ rayon Şöbəsi mənəvi işgəncələr verir.

Belə ki, həmin dövlət qurumu qanunsuz olaraq, hər çağırış zamanı ömürlük şikəst olan Turqay İsrəfilova cağırışlar göndərir və zorən komissiyadan keçməsi tələb olnur. Respublika Səfərbərlik və Hərbi Xidmətə Şağırış Üzrə Dövlət Komitəsinin Qəbələ rayon Şöbəsi bu zaman Turqay İsrəfilovun barəsində yazılan həkim rəylərinə və mütəxəsislərin onun sağlamlığında olan problemlərin olmasını təsdiq olan vacib sənədlərə əhəmiyyət vermirlər. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2011-ci il tarixli fərmanı ilə səhhəti ilə əlaqədar ehtiyatda olan vətəndaş 35 yaşına çatana qədər 3 ildən bir təkrar müayinədən keçirlər.

Anadangəlmə döş qəfəsinin deformasiyasından şikəst olan Turqay əmək qabiliyyətini də itirib. Onun atası Teymur İsrafilov deyir ki, oğlu hərbi bilet alan vaxtdan, yəni 2013-cü ildən bəri əlillk qrupu almaqdan ötrü dəfələrlə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Ancaq Nazirliyin Qəbələ rayon Şöbəsindən elektron poşt vasitəsilə Turqay İsrəfilova məxsus müvafiq sənədlər tələb olunsa da, indiyə qədər şöbə tərəfindən həmin sənədlər göndərilməyib. T.İsrafilovun söylədiyinə görə, bu dövlət qurumları onlarla ötür-ötür oyunu oynayırlar.

Şikayətçi ata deyir ki, vətəndaşların müraciətlərinə etinasız yanaşan məmurlar eyni zamanda ölkə başçısına hörmətsizlik edirlər. Çünki prezident İlham Əliyev məmurlarla görüşlər keçirərkən, dəfələrlə vətəndaşların müraciətlərinə zamanında cavab verilməsini və tədbirlər görülməsini tələb edib.

Söz yox ki, anadangəlmə şikəst olan və bir çox arzularınə həyata keçirə bilməyən gənc Turqaya yardımçı olmaq hər bir vətəndaşın borcudur. Rəsmi qurumlar isə çalışmalıdır ki, o, heç olmazsa əlil kimi təqaüd ala bilsin...

Hurriyyet.org

P.S. Mözvunu davam etdirəcəyik.
ÖMÜRLÜK ƏLİLDİR, HƏR İL HƏRBİ XİDMƏTƏ ÇAĞIRILIR - ŞİKAYƏT
ÖMÜRLÜK ƏLİLDİR, HƏR İL HƏRBİ XİDMƏTƏ ÇAĞIRILIR - ŞİKAYƏT
ÖMÜRLÜK ƏLİLDİR, HƏR İL HƏRBİ XİDMƏTƏ ÇAĞIRILIR - ŞİKAYƏT
ÖMÜRLÜK ƏLİLDİR, HƏR İL HƏRBİ XİDMƏTƏ ÇAĞIRILIR - ŞİKAYƏT
ÖMÜRLÜK ƏLİLDİR, HƏR İL HƏRBİ XİDMƏTƏ ÇAĞIRILIR - ŞİKAYƏT
ÖMÜRLÜK ƏLİLDİR, HƏR İL HƏRBİ XİDMƏTƏ ÇAĞIRILIR - ŞİKAYƏT
ÖMÜRLÜK ƏLİLDİR, HƏR İL HƏRBİ XİDMƏTƏ ÇAĞIRILIR - ŞİKAYƏT

Şərhlər

XƏBƏR LENTİ