XalqXəbər.Az

Samir Şərifov iclası yarımçıq tərk etdi: deputatların suallarına cavab vermədi

yüklənir...
Samir Şərifov iclası yarımçıq tərk etdi: deputatların suallarına cavab vermədi
1-06-2018, 09:30
yüklənir...

Maliyyə naziri Samir Şərifov Milli Məclisin iclasını yarımçıq tərk edib.

Dünən parlamentdə “2017-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində deputatların qaldırdığı suallara nazir Samir Şərifovun cavab verəcəyi gözlənilirdi.

Lakin nazir müzakirələrin bitməsini gözləmədən iclası yarımçıq tərk edib. Onun yerinə isə deputatların suallarına nazir müavini Azər Bayramov cavab verib.

Qeyd edək ki, S. Şərifovun iclası hansı səbəbdən tərk etməsi ilə bağlı məsələyə aydınlıq gətirilməyib.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.