SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Xaləddin İsgəndərov Aygün Əliyevanı müavinlikdən uzaqlaşdırır?

Xaləddin İsgəndərov Aygün Əliyevanı müavinlikdən uzaqlaşdırır?

Tarix:

3-05-2018, 17:05

/ 4 247 dəfə oxundu.
Xaləddin İsgəndərov Aygün Əliyevanı müavinlikdən uzaqlaşdırır?

Fazil Məmmədov Vergilər naziri olduğu dövrdə Binəqədi və Şəmkir rayon İcra hakimiyyəti başçısı postlarınaöz adamlarını yerləşdirməyi bacarmışdı. Fazil Məmmədov ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə VN-i postundan uzaqlaşdırıldıqdan sonra,indi hər iki icra başçısının canına vəlvələ düşüb

Vəziyyət o həddə çatıb ki,artıq sabiq nazirin kadırları ətraflarındakı adamlara belə inamlarını itirməyə başlayıblar.

Redaksiyamıza bununla baxğlı daxil olan məlumata görə, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovla müavini Aygün Əliyeva arasında artıq uçrum yaranıb.
Daxil olan məlumatda iddia edilir ki, Fazil Məmmədov nazir postiundan uzaqlaşdırıldıqdan sonra,bu günlərdə Binəqədi Rayon İcra Hakimiyyətində qalmaqallar baş verir!
İddiaya görə,buna səbəb isə Vergilər Naziri Fazil Məmmədov işdən azad ediləndən sonra, Binəqədi Rayon İH-nin bəzi yükəs vəzifəli şəxsləri özlərinə yeni iş yerləri axtarması ilə bağlıdı.Məlumata görə,bunu eşidən Binəqədi Rayon İcra Hakimiyyətinin başcısı Xaləddin İsgəndərov bərk qəzəblənib və hətta bununla bağlı dar çərçivədə iclas da keçirib. Xaləddin İsgəndərovu isə ən çox qəzəbləndirən onun özünün seçib İcra Hakimiyyətinin başcısının müavini təyin etdiyi Aygün Əliyevadı. Qeyd edək ki, bu təyinat ölkədə ən gənc xanımın icra başcısi müavininintəyanatı ilə gündəmə gəlmişdi.Bu addım Xaləddin İsgəndərovun Aygün Əliyevaya böyük etimadı idi. Məlunata iddia edilir ki, Vergilər Naziri Fazil Məmmədov işdən azad olunduqdan sonra, bunu eşidən Aygün Əliyeva bir çox yerə müraciət edərək özünə yeni iş yeri axtarmağa başlayıb. Bunu eşidən Xaləddin İsgəndərov bərk qəzəblənib və iclas keçirdərək Aygün Əliyevanı səadətsizlikdə günahlandırıb və onu işdən azad edəcəyini bəyan edib. İddiaya görə,icra başçısı buna əsasının da olduğunu da bəyan edib.Belə ki, Aygün Əliyevanın Binəqədi Rayon İcra Hakimiyyəti üçün aldığı güllərdə maxinasiya edərək 5 000 AZN-ni (beş min manat) mənimsədiyini bildirib və ona görə cavab verəcəyini vurğulayıb.Məlumatda deyilir ki,eyni zamanda qeyd edib ki, Xaləddin İsgəndərovun Binəqədi rayon ərazisində zeytunluq deyilən yerdə Aygün Əliyeva üçün torpaq ayırıb və ona orda icra hakimiyyətinin hesabına villa tikdirirmiş və o villanı da Aygün Əliyevadan alınması haqqında tapşırıq verib.
Redaksiyamıza daxil olan məlumatda iddia edilənlərin nə qədər doğru olub olmadığını deyə bilmərik.Amma redaksiya olaraq məlumatda adı çəkilən şəxslərin mövqeini də dərc etməyə hazırıq.

veteninfo.az

Şərhlər

XƏBƏR LENTİ