SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Gömrük generalı Şahin Bağırovun bioqrafiyasında nələr gizlədilib?

Gömrük generalı Şahin Bağırovun bioqrafiyasında nələr gizlədilib?

Tarix:

25-04-2018, 09:46

/ 10 409 dəfə oxundu.
Gömrük generalı Şahin Bağırovun bioqrafiyasında nələr gizlədilib?

Sosial mediada gömrük generallarının tərcümeyi-halı müzakirə olunur. Dövlət Gömrük Komitəsi sədri dəyişdikdən sonra bu şərhlər və diskussiyalar daha da aktuallaşıb.
AzEuroNews.com xəbər verir ki, DGK rəhbərliyində olan şəxslərin hamısının ordubadlı və nehrəmli olmasına diqqət çəkən sosial şəbəkə istifadəçiləri bir istisna qeyd ediblər.

► O generalı tapın!

Gömrük Komitəsi sədri müavini, general-leytenant Şahin Bağırovun bioqrafiyasında hansı bölgədən olduğu, harada anadan olduğu məlumat verilməyib.
1965-ci il təvəllüdlü Ş.Bağırov yeganə sədr müavinidir ki, onun hansı regiondan və yaxud Bakıdan olduğu qeyd edilməyib.
1992-ci ildən gömrük orqanlarında fəaliyyətə başlayan Ş.Bağırov Bakı Baş Gömrük İdarəsinin inspektoru, “Əli-Bayramlı” gömrük postunun rəisi olub.
Sonra Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini və sonradan həmin idarənin rəisi vəzifəsində çalışıb.
2014-cü ilin yanvarndan Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışır. Ailəlidir, 2 övladı var.

► 38 yaşda diplom

Maraqlısı budur ki, o, 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib.
2003-cü ildə Rusiya Gömrük Akademiyasının “Gömrük işi” fakültəsini bitirib və 2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi dərəcəsinə yiyələnib.
Diqqət çəkən əsas məqam Ş.Bağırovun 38 yaşında Rusiya Gömrük Akademiyasının məzunu olmasıdır.
Generalın Rusiya Gömrük Akademiyasında təhsil aldığı vaxtda, yəni 2003-cü ildə Azərbaycanda həm dövlət, həm də özəl universitetlərdə gömrük işi fakültəsi var idi.
Maraqlıdır, ölkəmizdəki ali təhsil ocaqlarında gömrük işi fakültəsi olduğu halda, Şahin müəllim niyə Rusiya Gömrük Akademiyasında ali təhsil almağa ehtiyac duyub?

► Villa, dissertasiya və…

Mediadakı xəbərlərə görə, Gürcüstandan və digər xarici ölkələrdən gətirilən avtomobillər general-leytenantın icazəsi olmadan ölkəyə buraxıla bilməz.
Generalın Bakıda bir neçə villasının, mənzilinin, bağ evlərinin və bahalı maşınlarının olması da çoxlarına sirr deyil. Onun namizədlik dissertasiyasını da özü yazmadığı iddia olunur.
Həmçinin, generalın hərbi xidmət keçib-keçməməsi haqda xəbər verilmir. Beləliklə, doğum yerindən tutmuş əsgərliyinə qədər gizlədilən, dissertasiyası və təhsili müəmmalar doğuran mübhəm generalın dosyesində suallar açıq qalır…

AzEuroNews.com

Şərhlər

XƏBƏR LENTİ