yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Çovdarova yaxın “Dəmirbank”da xanım müdirin həbsinin şok detalları

Çovdarova yaxın “Dəmirbank”da xanım müdirin həbsinin şok detalları
20-11-2017, 16:31 197 dəfə baxılıb

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilənlər - “Dəmir Bank” ASC-nin Bayıl filialının müdiri Fərəh Rəşadətli, xəzinadar Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin məhkəməsi başlayıb.
Məlumata görə, iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Adıçəkilən şəxslərin hər birinin himayəsində azyaşlı uşaqları var.
Zərərçəkmiş tərəf vəsatət verərək istintaq dövründə ev dustaqlığında olan F.Rəşadətlinin həbs edilməsini istəyib.
Məhkəmə onun vəsatətini təmin edib və keçmiş filial müdiri məhkəmə zalında həbs edilib.
Proses noyabrın 21-də davam etdiriləcək. İttihama görə, adıçəkilən şəxslər 8 nəfərin 3 milyon manatını mənimsəyiblər.
Media üzərindən araşdırmalarımıza görə, son aylar adı ətrafında ən çox qalmaqal yaranan, mətbuatda müzakirə olunan banklardan biri də “DəmirBank”dır.
Ötən il aprelin 21-də “Dəmirbank” ASC-nin idarə heyəti sədrliyindən gedərək vəzifəsini Fərid Abuşova buraxan Roman Əmircanovla bağlı da, dövri mətbuatda çox yazılıb.
Roman Əmircanovun sabiq MTN generalı Akif Çovdarovla qohum olması, onun əmisioğlu Rəşad Əmircanovun da MTN-də şöbə rəisi vəzifəsində çalışması hamıya məlumdur. “MTN işi” ilə əlaqədar o da tutduğu vəzifədən azad edilərək sərəncama göndərilib.
Bundan başqa, yayılan məlumatlara görə, Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Rəşad Əmircanovun Badamdardakı villasında və Bakının digər yerlərindəki evlərində axtarışlar aparıb.
Bildirək ki, hazırda problem yaşayan yeddi nəfər vətəndaş, o cümlədən şəhid və Milli Qəhrəman ailələrinin üzvləri on illərlə manat-manat topladıqları pulları “DəmirBank”a əmanət ediblər.
Həmin Əmircanovin insanların əllərində rəsmi müqavilələr, pulların mədaxil qəbzləri, əmanət kitabçaları, hətta bankın səlahiyyətli şəxsləri tərəfindən imzalanıb.
Depozit əmanətlərin müqavilə müddətlərinin aylardır bitməsinə baxmayaraq, bu günə qədər geri qaytarılmayıb, pullar mənimsənilib.
Məlumata görə, əmanətçilərin pullarının geri verilməməsi, güman edilən mənimsəmə məhz Fərəh Rəşadətlinin rəhbərliyi altında baş verib.
Mənbəmizin sözlərinə görə, 2015-ci ilin dekabrından depozitlərin verilməsində baş verən yubanmadan sonra vətəndaşlar bank rəhbərliyinə müraciət edib və “Dəmirbank”ın Bayıl filialında yoxlamalar aparılıb.
Mənbənin verdiyi məlumata görə bankın mərkəzi aparatından təyin edilən Oqtay Şirinov bir ay müddətində yoxlamalara rəhbərlik edib və nə qədər qəribə olsa da “heç bir qüsur tapılmayıb”. Güman edilir ki, F.Rəşadətli O.Şirinov arasında müəyyən anlaşmalar olub və bu məsələ ört-bastır edilib.
Məlumata görə, artıq Çovdarovun qudası da həbsin bir addımlığındadır. “Dəmir Bank”ın sədri olmuş Roman Əmirçanov general qudasının həbsindən sonra ölkədən qaçıb.
Hər ikisi gürcüstanlı olan qudalar eyni kamerada belə saxlana bilər. Ancaq bankir xarici ölkələrin birində gizlənir və axtarışdadır.
Çovdarov həbs edildikdən sonra ikinci kürəkəni, yəni “Dəmir bank” sədrinin oğlu Rəşad Əmircanov MTN sıralarından uzaqlaşdırıldı.
Əslən Borçalının Qaçağan kəndindən olan MTN şöbə rəisi, polkovnik-leytenantı Rəşad Əmircanov sərəncama göndərildi.
Onun Badamdardakı villasında və Bakının digər yerlərindəki evlərində axtarışlar aparıb. Rəşad Əmircanova məxsus Badamdardakı 1 milyon dollarlıq villa möhürlənib.
Əmircanov əvvəllər Xüsusi Dövlət Mühafizə Xidmətində işləyib. Çovdarov Milli Təhlükəsilik Nazirliyində idarə rəisi təyin edildikdən sonra mafioz qayınatasının himayədarlığı ilə MTN-ə şöbə rəisi gətirilib.
Hüquq-mühafizə orqanları Rəşad Əmircanovun Akif Çovdarovun təşkil etdiyi gizli həbsxanalar və müxtəlif cinayət əməllərində iştirakının olduğunu təxmin edirlər.
“Dəmir bank”ın hazırki rəhbərliyi isə əmanətçilərin qarşısında məsuliyyətdən yayınmaq üçün Səbael filialının müdiri olmuş Fərəh Rəşadətlini qabağa verib.
Onu “günah keçisi” çıxarmaqla bank rəhbərliyi canını qurtarmaq istəyir. Belə ki, Rəhman Hacıyev və bankın bütün rəhbərliyi məsuliyyətdən filial müdirinin hesabına yayınmağa çalışır.
Hətta filial müdirini işdən azad ediblər. Bununla guya görüntü yaratmağa çalışıblar ki, əsl təqsirkar cəzalandırılıb. Halbuki, bu nağıla inanmaq üçün kifayət qədər sadəlövh olmaq lazımdır.
Bu qədər həngamə, ajiotaj, cinayətin tən ortasında təkcə şöbə müdirinin əli olduğu iddia etmək gülüncdür. Hər halda Azərbaycan reallığında nəinki filial müdiri, hətta idarə heyətindən kimsə özbaşına addım ata bilməz.
Dəhşətlisi budur ki həmin əmanətçilər arasında xalq şairi Xəlil Rza şəhid oğlu, Milli Qəhrəman Təbriz Xəlilbəylinin qardaşının ailə üzvləri da var. Bu barədə mətbuat yazıb. Əmanətçilər iddia edirlər ki, həmin pullar mənimsənilib. Bank rəhbərliyi əmanətçilərə bildirib ki, pul filialda yoxa çıxıb.
İddialara görə, Dəmirbankın Müşahidə Şurasının sədri Rəhman Hacıyev və Maliyyə Nəzarəti Departamentinin direktoru Zülfiyyə Cəfərovanın da başı dərddədir.
Faktiki olaraq Roman Əmircanov Akif Çovdarova çirkli pulların leqallaşdırılmasında, külli miqdarda maliyyə vəsaitlərinin Hollandiyanın İNG Bankına və offşor bölgələrdəki banklara köçürə bilib.
Bu qanunsuz bank əməliyyatları zamanı Akif Çovdarov qudası Roman Əmircanova müəyyən faiz də verib.
Bu isə Dəmirbank İH sədrinin fantastik varlanmasına gətirib çıxarıb. Bütün tərəfləri dinləməyə hazırıq.

Palitika.Az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: xanim, hebsinin, Chovdarova, Demirbankda, yaxin, mudirin, shok, detallari
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

14-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ