SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Daha bir ölkə homoseksual nikaha "Hə" dedi

Daha bir ölkə homoseksual nikaha "Hə" dedi

Tarix:

15-11-2017, 13:50

/ 1 420 dəfə oxundu.
Daha bir ölkə homoseksual nikaha "Hə" dedi

Avstraliyada homoseksual nikahın qanuniləşdirilməsi üçün səsvermə keçirilib.

Xarici mediaya istinadən xəbər veririk ki, ölkə əhalisinin 80%-nin iştirak etdiyi səsvermədə 61,6% homoseksual nikahlara "hə" cavabını verib. Səsvermənin nəticəsinin elanından sonra insanlar küçələrə çıxaraq bu hadisəni qeyd ediblər.

Avstraliyanın baş naziri Malkolm Törnbel yeni ilə qədər qanun layihəsinin parlamentdən keçirilməsinə çalışdıqlarını deyərək insanların bu qərarını dəstəklədiklərini qeyd edib.

Qeyd edək ki, səsvermə poçt vasitəsilə 8 həftə ərzində keçirilib. "Nikah qanunu homoseksual cütlüklərin evliliyinə icazə veriləcək formada dəyişdirilməlidir?" sualına "Hə" və "Yox" variantları əlavə edilmişdi.

Şərhlər

XƏBƏR LENTİ