yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Arzu Rəhimovun sevimli kadrından görünməmiş qanunsuzluq Rusiya vətəndaşın hərbiyə aparıb - Sənədlərdə

Arzu Rəhimovun sevimli kadrından görünməmiş qanunsuzluq Rusiya vətəndaşın hərbiyə aparıb - Sənədlərdə
6-10-2017, 09:53 86 954 dəfə baxılıb
yüklənir...

Arzu Rəhimov qanunları kobud şəkildə tapdalayan öz sevimli kadrını niyə davamlı olaraq müdafiə edir?
Bəzən elə hadisələrlə üz-üzə gəlirsən ki, yerlə göyün arasında baş verənə inanmağın gəlmir. Amma cənab fakt ortada olduqdan sonra adamın inanmaqdan başqa da çarəsi qalmır.
Belə hadisələrdən biri Ağdam rayonunda baş verib. Belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsinin rəisi Seymur Qurbanov zorla Rusiya vətəndaşını hərbi xidmətə aparıb. Bu Barədə obyektiv.org-a saytına ən kobud şəkildə hüquqları pozulan Nizami Bayramovun atası Ziyəddin Bayramov məlumat verib. Qeyd edək ki, ata və oğul Rusiya vətəndaşlardır və bu onların redaksiymıza təqdim etdikləri sənədlərdən də açıq aydın görünür.
Ziyəddin Bayramov Bayramov bildirib ki, o, Ağdamın Quzanlı qəsəbəsində doğulub və sonradan Rusiyanın Altay vilayətinə köçüb və Rusiya vətəndaşlığı alıb. Uzun illər boyu Rusiyda yaşayan Ziyəddin Bayramov SSRİ dağıldıqdan sonra Azərbaycan vətəndaşlığını itirib və Rusiyada doğulan uşaqları da Rusiya vətəndaşlarıdır. 2014-cü ildə ailə Ağdama qayıdıb və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən ölkədə 5 illik oturum və çalışmaq izni alıb.
Elə həmin ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsinin rəisi Seymur Qurbanov əsgərlik yaşında olan Nizami Bayramova çağırış vərəqəsi yollayıb. Ailə başçısı oğlunun Rusiya vətəndaşı olması ilə bağlı sənədləri Seymur Qurbanova versə də, Seymur Qurbanov bildirib ki, onlar əslən ağdamlıdırlar və əsgərlikdən yayınmaq üçün Rusiya vətəndaşlığı qəbul ediblər. Şöbə rəisi Ziyəddin Bayramova bildirib ki, oğlunu fərari kimi həbs etdirəsək. Və bundan sonra Nizami Bayramovu hərbi xidmətə aparmamaq üçün 5000 manat istəyib.
Ziyəddin Bayramov bildirir ki, o həddindən artıq kasıb bir adamdır. Uzun illər boyu Rusiyada fəhlə olaraq çalışıb. Rusiyada rublun kəskin ucuzlaşmasından sonra onların gəlirləri çox azalıb və o, Azərbaycanda vəziyyətin daha yaxşı olacağını düşünüb. Vətənə dönən Ziyəddin Bayramov və ailəsi Rusiya vətəndaşlığını qoruyub saxlayıb və Dövlət Miqrasiya Xidmətindən oturum üçün 5 il isazə alıb.
Ziyəddin Bayramov bildirir ki, onun hüquqi savadı olmadığından Seymur Qurbanova etiraz etməyib. Lakin tələb olunan 5000 manatı da verə bilmədiyi üçün oğlunun hərbi xidmətə aparılmasına razılıq verib. Biçarə valideyn bildirir ki, o, oğlunun həbsdə yatacağına əsgərliyə getməsinə üstünlük verib. Və beləliklə görünməmiş bir hadisə baş verib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsinin səfərbər etdiyi çağırışçı, Rusiya vətəndaşı Nizami Bayramov il yarım müddətində Naxçıvanda həqiqi hərbi xidmət keçib. Hazırda isə Nizami Bayramov şəxsiyyət vəsiqəsi almaq üçün müraciət edib və ona bildiriblər ki, Rusyia vətəndaşı olduğu üçün ona şəxsiyyət vəsiqəsi verə bilməzlər. Bu zaman Qizami Bayramov hərbi biletini təqdim edib və bunlan sonra anlaşılmazlıq ortaya çıxıb.
Ziyəddin Bayramov redaksiyamıza bildirib ki, o aldadıldığını yalnız indii anlayıb və buna görə də bir çox yerlərə şikayət edib. Lakin belə görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti qalmaqalı ört-basdır etmək istəyir. Çünki məsələ ortaya çıxdıqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsinin rəisi Qubaya təyinat alıb. Bu yolla məsələni ört-basdır etməyə çalışan Arzu Rəhimov hazırda Nizami Bayramovun şikayətlərinə məhəl qoymur. Ziyəddin Bayraov isə bildirir ki, o qanunsuz yerə hərbi xidmətə aparılan oğluna kompensasiya verilməsini tələb edir.
Apardığımız araşdırma zamanı isə bəlli olub ki, Seymur Qurbanov Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimova yaxın adam hesab olunur. Onun haqqında bu günə qədər çoxlu sayda şikayətlərin olması və xüsusən də saxta hərbi biletlərin satılması ilə bağlı şikayətlərin olması barədə məlumatlar var. Buna baxmayaraq Arzu Rəhimov öz sevimli kadrını həmişə müdafiə edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

obyektiv.org
Arzu Rəhimovun sevimli kadrından görünməmiş qanunsuzluq Rusiya vətəndaşın hərbiyə aparıb - Sənədlərdə
Arzu Rəhimovun sevimli kadrından görünməmiş qanunsuzluq Rusiya vətəndaşın hərbiyə aparıb - Sənədlərdə
Arzu Rəhimovun sevimli kadrından görünməmiş qanunsuzluq Rusiya vətəndaşın hərbiyə aparıb - Sənədlərdə
Arzu Rəhimovun sevimli kadrından görünməmiş qanunsuzluq Rusiya vətəndaşın hərbiyə aparıb - Sənədlərdə
Arzu Rəhimovun sevimli kadrından görünməmiş qanunsuzluq Rusiya vətəndaşın hərbiyə aparıb - Sənədlərdə


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: sevimli, Arzu, Rusiya, aparib, qanunsuzluq, kadrindan, gorunmemish, vetendashin, , Senedlerde, herbiye, Rehimovun
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-10-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ