SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İlham Əliyev pambıqçı qadına avtomobil hədiyyə etdi - VİDEO

İlham Əliyev pambıqçı qadına avtomobil hədiyyə etdi - VİDEO

Tarix:

28-09-2017, 11:57

/ 60 067 dəfə oxundu.
İlham Əliyev pambıqçı qadına avtomobil hədiyyə etdi - VİDEO

Kamilxan Rüstəmova deyir ki, həmin gün çıxışa hazırlaşmayıb. Təsadüfən tribunaya qalxıb sözünü deyib.
O, İlham Əliyevə hakimiyyətinin əbədiliyini arzulayandan sonra ölkə başçısı ona "NAZ LİFAN” markalı avtomobil hədiyyə edib. Ardınca 26 sentyabrda keçirilən referendum seçkisi ilə prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb və namizədlər üçün yaş senzi aradan götürülüb.
Kamilxan Rüstəmova 7-ci sinifə qədər təhsil alıb. Ondan sonra pambıqçılıqla məşğul olan qadın 30-dan çox mükafat qazanıb. "Lenin” mükafatını alarkən eks prezident Heydər Əliyev də ona maşın hədiyyə edib. Deyir, Cəbrayıldan köçkün düşərkən maşın rayonda qalıb.
Kamilxan Rüstəmova Biləsuvarda Cəbrayıldan olan köçkünlər üçün tikilən qəsəbədə qalır. Ötən il işıqların tez-tez kəsilməsinə görə qəsəbə əhalisi etiraza çıxmışdı və 5 nəfər həbs olunmuşdu. Kamilxan Rüstəmova deyir ki, o, etiraza qoşulmayıb. Hökumət nümayəndələrinin atacağı addımları gözləyib.
İlham Əliyev hələ ki, müstəqil Azərbaycan tarixinin ən uzunmüddətli dövlət başçısıdır. O, 2013-cü ildə üçüncü müddətə bu vəzifədə yer alıb. 14 ildir hakimiyyətdə olan İlham Əliyev referendumla konstitusiyaya edilən dəyişiklikdən sonra vitse-prezident vəzifəsinə xanımı Mehriban Əliyevanı gətirib. Avropa Şurasının Venesiya Komissiyası dəyişikliklərin prezidentə misli görünməmiş səlahiyyət verməklə hakimiyyət balansını kəskin pozduğunu bildirib.

Kamilxan Rüstəmova isə düşünür ki, İlham Əliyevdən sonra heç kim o kürsüyə layiq deyil.

Şərhlər

XƏBƏR LENTİ