yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Mingəçevirdə Ulu Öndər Heydər Əliyevə qarşı hörmətsizlik və rüşvət İTTİHAMI - VİDEO

Mingəçevirdə Ulu Öndər Heydər Əliyevə qarşı hörmətsizlik və rüşvət İTTİHAMI - VİDEO
3-07-2017, 15:40 53 529 dəfə baxılıb

Mingəçevir şəhərindən redaksiyamıza maraqlı bir şikayət ərizəsi daxilolub. Müraciət edən şəhər sakini Musayev Murad Rza oğlu “Azərsu” Səhmdar Cəmiyyətinin bu şəhər üzrə şöbəsindən haqsız olaraq işdən çıxsrıldığını iddia edir.
Dediyinə görə, onun işdən cıxarılmasına əsas səbəblərdən biri də çalışdığı müəssisədə olan bir sıra ciddi nöqsanları və müdiyyətin naqis hərəkətlərini üzə çıxararaq rəhbərliyi belə işlərdən çəkinməsi üçün ittiham etməsi olub. Elə hər şey də bundan sonra başlayıb. Şikayətçinin müraciətinin kiçik bir qismi ilə sizləri tanış edək: “Azərsu”nun Mingəçevir şöbəsində fəhlə işləyirdim. Müəssisə rəhbərliyi məni səbəbsiz yerə işdən çıxardı. Mən haqsızlığı götürə bilmirəm.Necə olur ki ,mən ölkə rəhbərinin doğum günü münasibəti ilə Mingəçevirdən Bakı şəhərinə yürüş etmişəm Prezidentim üçün əziyyət çəkirəm,onun uğur və nailiyyətlərinə sevinirəm.Mənim işlədiyim idarə isə onun atası, Ulu Öndər Heydər Əliyevin şəkillərini lazımsız bir şey kimi natəmiz yerlərə, ayaqyoluna atır.
Bu baş verən çirkin işi görüb susa bilməzdim .Mən buna etiraz etdim, Vətənimə və millətimə sadiq bir insanam.Xahiş edirəm mətbuat vasitəsi ilə etdiyim bu müraciət, işdən çıxarıldığıma görə səbəb olan bu çirkinliyə cavab vermələri üçün aidiyyatı səlahiyyət sahibləri biganə qalmasınlar. Mingəçevir RİH başçısı və ''Azərsu'' nun Mingəçevir şöbəsinin rəhbərliyi cəzalandırılsın. Mən həyat yoldaşımdan ayrılmışam və körpə yaşında olan övladım üçün aliment ödəyirdim, hal -hazırda işsiz qalmağım səbəbindən həmin pulu ödəyə bilmirəm və bu məni çox ciddi narahat edir. Hətta alimenti ödəyə bilmədiyim üçün barəmdə axtarış qərarı çıxarılıb.
İndi sizlər qərar verin, söz xalqımındır, kimdir günahkar, mən yoxsa həmin qanunsuzluqları edən, ölkə başçısına qarşı naqis hərəkət edən həmin məmurlar?

Mövzu diqqətimizdədir...

“Reportyor.org”


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Onder, , Eliyeve, VDEO, ve, TTHAM, Mingechevirde, qarshi, rushvet, hormetsizlik, Heyder, Ulu
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ