yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Gəncənin Məharət Mustafayev bəlası

Gəncənin Məharət Mustafayev bəlası
28-06-2017, 12:32 58 079 dəfə baxılıb

Prezidentin cəzalandırdığı məmuru Elmar Vəliyev mükafatlandırıb

Gəncədə son illər “torpaq dəllalı” kimi tanınan Məharət Mustafayevin vətəndaşları aldadaraq saxta sənədlərlə onlara torpaq satması ciddi narazılıqlara səbəb olub.
Bir neçə il öncə Gəncə şəhər icra başçısı təyin olunan Elmar Vəliyev, Yevlax rayonundan tanıdığı Məharət Mustafayevi şəhər Nizami rayon icra başçısı vəzifəsinə gətirdi. Bu vəzifəyə təyinatdan sonra şəhərdə qanunsuz torpaq satışı və söküntü işləri də həmin şəxsə həvalı olundu. Lakin, Məharət Mustafayevin sadə vətəndaşları tez-tez təhqir etməsi gündəmdən düşmürdü. Hər dəfə mediada bu məmurun qoçuluğuna rast olduqda onun cəzalandırılacağı önə çəkilirdi.
Məharət Mustafayev hələ RİH başçısı vəzifəsində çalışarkən Göygöl rayon bələdiyyəsinin sədri ilə dalaşıb (bu barədə mətbuatda da kifayət qədər yazılıb). Münaqişə zəminində bələdiyyə sədrinə bədən xəsarətləri yetirmiş Məharət Mustafayev barəsində polis şöbəsinə və prokurorluğa şikayət olunub.
Daha sonra məsələ böyüyüb, olayla bağlı baş prokuror Zakir Qaralova məlumat verilib. Hadisə daha yuxarı instansiyalara məruzə olunduqdan dərhal sonra M.Mustafayev tutduğu vəzifədən azad olunub.
Qeyd edək ki, M.Mustafayevin adı bu tipli insidentlərdə ilk dəfə hallanmır. Araşdırmalara görə sabiq başçının hələ 3 il öncə Gəncə Dövlət Universitetinin müəllim və tələbə kollektivini zorla iməciliyə çıxarıb, onların ünvanlarına nalayiq kəlmələr işlədib təhqir etməsi barədə xəbərlər yayılmışdı. Həmin hadisədən sonra Gəncə Dövlət Universitetinin müəllim kollektivi isə M.Mustafayevin onlardan üzr istəməsini tələb etmişdi.
Bütün bu kimi özbaşınalıqdan sonra Gəncənin icra başçısı Elmar Vəliyev qoçusu kimi tanınan Mustavayevi qoruya bilmədi. Prezidentin sərəncamı ilə Nizami rayon icra başçısı vəzifəsindən qovulan məmurun sonralar gəncəlilərə başağrısı olmayacağı düşünülürdü. Lakin sən demə Elmar Vəliyev Prezidentin tapşırıqlarına da məhəl qoymur. Çox keçmədi ki, Gəncənin meri hamının qəzəbini qazanan Məharət Mustafayevi şəhər Memarlıq və şəhərsalma idarəsinin rəisi təyin etdi. Qalmaqallı hərəkətləri ilə ad çıxaran Mustafayevin birdən-birə belə vəzifəyə gətirilməsi təəccübə səbəb olub.
Onu da qeyd edək ki, icra başçısı vəzifəsini itirsə də Məharət Mustafayev qeyri-rəsmi şəhərin baş memarı vəzifəsini icra edirdi. Respublika Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə barəsində cinayət işi açılan və Prezident tərəfindən vəzifəsindən qovulan məmurun yenidən önəmli sahəyə rəhbər təyin olunması ölkə mediasının diqqətini çəkdi. Medianın mövzuya ciddi önəm verməsi Elmar Vəliyevi az da olsa narahat etməyə başladı və icra başçısı özünün “torpaq dəllalını” qorumaq üçün növbəti gediş etdi. O, Məharət Mustafayevi adıçəkilən vəzifədən alıb Şəhərsalmaya rəhbər təyin etdi. Bununla da məqsədinə çatan Elmar Vəliyev şəhərdə torpaq biznesinə nəzarəti sərbəst olaraq Mustafayevə tapşırdı. Başqa dillə desək dəllalın heç kimdə olmayan “məharətindən” yararlanmağa başladı.
Məharət Mustafayevin sadə insanları aldatması, vətəndaşların qanuni torpaq sahələrinə zorla sahib çıxması haqqında kifayət qədər bəhs olunub. Bu məmurun özbaşınalığı nəticəsində sadə vətəndaşlar bir birinə düşmən kəsilib. Bir torpaq sahəsini iki və daha çox vətəndaşa satan Məharət Mustafayevin qanunsuz əməllərinə hüquqi qiymət verilmir. Saxta sərəncamlarla şəhərdə demək olar ki, boş ərazi buraxmayan “torpaq dəllalı”nın müdafiəsində duran Elmar Vəliyevdir. Əraziləri 4 və 5 sot torpaq sahələrinə bölən Məharət Mustafayev hər sota görə 4 min dollar tələb edir. Aldığı rüşvətin icra başçısına çatdığını bildirən şəhərdağıtma şöbəsinin müdiri qanunları tanımır.
Şəhərin Gəncə çayı sahillərini də qanunsuz olaraq satan Mustavayev indi 3-cü və 4-cü mikrorayon ərazilərində binaların qarşısını satır. Binaların qarşısındakı istirahət və maşın dayanacaqlarını sotlara bölərək satan məmur sadə vətəndaşların etirazına məhəl qoymur.
Bu barədə daha ətraflı növbəti yazıda.
Bizi izləyin.

Realliq.info


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Mustafayev, belasi, Meharet, Gencenin
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-09-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ