yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Salyanın icra başçısı Eldar Mahmudov cəncəlindən necə qurtuldu?

Salyanın icra başçısı Eldar Mahmudov cəncəlindən necə qurtuldu?
18-05-2017, 10:43 114 147 dəfə baxılıb
yüklənir...

Sabiq MTN şefi Eldar Mahmudovla əlaqələri olan icra başçılarının qara siyahıya düşdüyünü xəbər vermişdik
Bu günlərdə sosial şəbəkələrdə yayılmış məlumatlardan aydın olub ki, Salyanın icra hakimi Sevindik Hətəmovun da eks-nazirlə işbirliyi varmış.
Hətta icra başçısı E.Mahmudovun nazir olduğu dövrdə Bakının rayonlarından birinə icra başçısı getmək istəyib.
Ancaq hadisələrin inkişaf nöqtəsi fələyin çarxını çevirib və S.Hətəmovun arzusu ürəyində qalıb.
Muradına çata bilməyən Hətəmov bir müddət sonra öz himayədarı sayəsində Yardımlıdan Salyana icra başçısı gedib.
Elə saytlarda bu haqda məlumat gedib ki, Salyanın yeni icra başçısının Bakıdakı rayonlardan birinə icra başçısı gəlmək planı alınmadı.
Çünki MTN ətrafında baş verən olaylar təkcə bu nazirlikdə çalışanları deyil, onlara yardımçı olmuş və ya onlarla əlbir olmuş şəxslərin də karyerasının üzərindən xətt çəkib.
İcra başçısı sabiq MTN şefi Eldar Mahmudovla əlaqə quraraq, onun himayəsinə daxil olmağa hazır olduğunu bildirib. Və bu xahişi də nəzərə alınıb və Mahmudov onu himayəsinə alıb.
Sayt bildirir ki, Sevindik Hətəmov Eldar Mahmudovla bununla bağlı iki saat təkbətək görüşüb və bir sıra danışıqlar aparıb. Böyük ehtimalla bu danışıqlar «biət» məsələsi üzərində qurulub və nəticə əldə olunub.
Mahmudov bandasının ifşası Hətəmovu qorxuya salıb və onunla əlaqələrini ört-basdır etməyə çalışıb.
Ancaq canını bəladan qurtarmış icra başçısı biznesini də qorumağa müvəffəq olub. Onun nəzarətində olan Bəhruz MMC, Deman MMC, Savalan 2008 MMC, Səbuhi MMC, Naxis MMC və s. firmaları var.
Salyanın icra başçısı Sevindik Hətəmov Güzdəkdə daş karxana biznesini genişləndirir. Hazırda onun Qaradağ rayonu ərazisində 10 daş karxanası və üzlük daş istehsal edən bir neçə sexi var.
Bundan əlavə, Salyan rayonu ərazisində 4 balıqçılıq gölünü onların sahiblərindən zorla alaraq özünə məxsuslaşdırıb.
Hətəmov Ağcəbədi rayonu ərazisində Laçın rayonuna aid qış yatağında 250 baş iri-buynuzlu və 1400 baş xırda-buynuzlu heyvandan ibarət böyük bir ferma yaradıb.
Həmin heyvandarlıq fermasına sahibkarı kimi qayınatası Cənnət kişinin adına rəsmiləşdirib.

Bütün tərəfləri dinləməyə hazırıq.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: cencelinden, qurtuldu, Mahmudov, bashchisi, Salyanin, icra, nece, Eldar
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

25-05-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ