XalqXəbər.Az

Yanğınsöndürən maşın ayaqyolu təmizləməyə cəlb edildi — İmişlidə BİABIRÇI MƏNZƏRƏ

yüklənir...
Yanğınsöndürən maşın ayaqyolu təmizləməyə cəlb edildi — İmişlidə BİABIRÇI MƏNZƏRƏ
14-03-2019, 20:34
yüklənir...

İmişli rayonunun mərkəzindəki Heydər Əliyev adına parkda yanğınsöndürmə maşını ərazidəki ayaqyolunun yuyulmasına cəlb edilib.


Avropa.info-nun bölgə müxbiri xəbəri verir ki, bu, rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunub.

Uzun müddətdən bəri baxımsız qalan ayaqyolu ətrafa üfunət yayır. Sakinlər deyiblər ki, ayaqyolu baxımsız qaldığı üçün dəhşətli qoxudan içəri girmək mümkün olmur. Rayon rəhbərliyi bu problemin həlli yolunu ayaqolunu yanğınsöndürən maşın tərəfindən yuyulmasında görüb.
"Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununda göstərilir ki, yanğının söndürülməsinə bilavasitə rəhbərliyi yanğınsöndürmə rəhbəri — yanğından mühafizənin yanğın yerinə gəlmiş böyük operativ vəzifəli şəxsi (əgər ayrı qayda nəzərdə tutulmayıbsa) həyata keçirir. O, yanğının söndürülməsi üzrə əməliyyatların yerinə yetirilməsində iştirak edən yanğından mühafizənin şəxsi heyətini, habelə yanğının söndürülməsinə cəlb olunmuş qüvvələri təkbaşçılıq prinsipləri əsasında idarə edir.
Yanğınsöndürmə rəhbəri yanğınsöndürmə tapşırığının yerinə yetirilməsinə, yanğının söndürülməsinin həyata keçirilməsində iştirak edən yanğından mühafizə şəxsi heyətinin və yanğının söndürülməsinə cəlb olunmuş qüvvələrin təhlükəsizliyinə cavabdehdir.
Yanğınsöndürmə rəhbəri yanğının söndürülməsi üzrə əməliyyatların həyata keçirildiyi ərazinin sərhədlərini, göstərilən hərəkətlərin qaydasını və xüsusiyyətlərini müəyyənləşdirir, habelə yanğın zamanı adamların, əmlakın xilas olunması barədə qərarlar qəbul edir.
Zərurət olduqda yanğınsöndürmə rəhbəri digər qərarlar, o cümlədən göstərilən ərazidə vəzifəli şəxslərin və vətəndaşların hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edir.
Bu qanunun tələblərinə baxıldıqda İmişlidəki mənzərə onu göstərir ki, İcra Hakimiyyəti yanğınsöndürmə rəhbərinin hüquqlarını məhdudlaşdırır. Yanğınların söndürlümsinə cəlb ediləcək maşınlar başqa məqsədlər üçün istifadə edilir.
Yanğınsöndürən maşın ayaqyolu təmizləməyə cəlb edildi — İmişlidə BİABIRÇI MƏNZƏRƏ
Yanğınsöndürən maşın ayaqyolu təmizləməyə cəlb edildi — İmişlidə BİABIRÇI MƏNZƏRƏ

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.