XalqXəbər.Az

Qələndərovun ayağında milyonlar var: başçı müavinlə yolu ayırır - Siyahı

yüklənir...
Qələndərovun ayağında milyonlar var: başçı müavinlə yolu ayırır - Siyahı
24-12-2018, 12:41
yüklənir...

Beyləqan İcra Hakimiyyəti başçısının müavini Məhəmməd Qələndərovun ayağında yeyinti var

Rayonun təzə başçısı onu işdən azad edə bilər.

Beyləqanda binaların və küçələrin təmiri ilə məşğul olan “Veteks-2017” MMC şirkətinin əli ilə həyata keçirilən maxinasiyalarda M.Qələndərovun iştirakı olub.

Şirkətin rəhbəri Vüqar Aslanovun da məsuliyyət daşıdığı bildirilir. Ancaq əsas ittiham olunan tərəf Qələndərovdur. Asif Ağayev icra başçısı getdiyi vaxtdan Qələndərovla işləmək istəmədiyi bildirilir.

Asif Ağayev “Veteks-2017” MMC-nin gördüyü işlərlə bağlı yoxlama başlatmaq qərarına gəlib. Sənədlərdə yaşayış binalarının dam örtüyünün dəyişdirilməsi zamanı yeni tikinti matreallarından istifadə olunduğu qeyd edilsə də, əslində köhnə materiallar yerində saxlanılıb.

“Vetek-2017” MMC-nin yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi işlərini yoxlamağı məqsədəuyğun olduğunu bildirir.

Çünki həmin işlərin görülməsi zamanı sabiq icra başçısı Vaqif Abdullayev, müavini Məhəmməd Qələndərov və şirkətin işlərini həyata keçirən Vüqar Aslanov ayrılan vəsaitin böyük hissəsini mənimsəyiblər.

Amma Qələndərov unudur ki, onun tutduğu post başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsidir. Yəni rayonda görülən təmir, tikinti işlərinə nəzarət, cavabdeh şəxs sayılır.

Adıçəkilən şirkətə təkcə 2017-ci ildə Beyləqan şəhərində çoxmənzilli yaşayış binalarının əsaslı təmir edilməsi məqsədilə 725, 500.00 (Yeddi yüz iyirmi beş min beş yüz manat) manat vəsait ayrılıb.

Bundan əvvəl, Beyləqan rayon "Kabelonka bağı" adlanan ərazidə 1993-1994 -cü illərdən öz yurd -yuvasından didərgin düşmüş qaçqınlar yaşayır. Həmin bu ərazi keçmiş sovet məkanından qalmış Pendir emalı zavoduna aid olmasa da, rayonda oliqarx kimi tanınan "Aptek Elbrus", Beyləqan İcra başçısı müavini Qələndərov Məhəmmədin havadarlığı ilə qaçqınların evini yerlə yeksan edib, orada öz biznesinin çiçəklənməsi üçün böyük binalar tikib satmaq qərarına gəlmişdi.

Onu da qeyd edək ki, həmin ərazilər İcra hakimiyyətinin yox meşə təsərrufatının balansındadır.

Məlumatlara əsasən Məhəmməd Qələndərovun xidməti təkcə «Vətəndaşların müraciətlərinə baxılması haqqında» Azərbaycan Respublikası qanununun kobud şəkildə pozulması ilə bitmir.

Onun Beyləqanda geniş səlahiyyətlərə və imtiyazlara malik olması Beyləqanda balacadan böyüyə qədər hamıya yaxşı bəllidir.

Artıq 10 ildir ki, Beyləqanda büdcə maxinasiyalarının, maliyyə fırıldaqlarının başında M. Qələndərov dayanır. Beyləqan rayonunun sosial – iqtisadi inkişafına hesablanan dövlət vəsaitlərini də M. Qələndərov saxta tenderlər vasitəsilə «həzm-rabedən» keçirir.

Qələndərov Beyləqanın abadlaşmasına ayrılan dövlət vəsaitlərini özünə yaxın «Murad-Elmir» MMC, «Təmir-Tikinti» LTD, «Mirdamət-2008» MMC, «İlkin –İM» MMC və başqa münasib müəssisələrə köçürərək korrupsiya hüquqpozmalarına rəvac vermişdir.

M. Qələndərov sabiq icra başçısı İrşad Əliyevin vaxtında da rayonun abadlaşması və.s. işlər üçün ayrılmış dövlət vəsaitləri adları yuxarıda qeyd olunan müəssisələrə köçürülərək mənimsənilib. Həmin bu proseslərə də M. Qələndarov bir başa rəhbərlik edib.

Yazı ilə bağlı qarşı tərəfində söz haqqı var.

Cahan.info

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.