SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şəkidə notarius özbaşınalığı - Vərəsəlik şəhadətnaməsi vətəndaşlara baha qiymətə satılır

Şəkidə notarius özbaşınalığı - Vərəsəlik şəhadətnaməsi vətəndaşlara baha qiymətə satılır

Tarix:

28-11-2018, 10:57

/ 2 411 dəfə oxundu.
Şəkidə notarius özbaşınalığı - Vərəsəlik şəhadətnaməsi vətəndaşlara baha qiymətə satılır

Dövlət rüsumu 20 manat olan vərəsəlik şəhadətnaməsi 200-300 manat arasında vətəndaşlara satılıb.

Daxil olmuş məlumata əsasən Şəki rayon 2 saylı notariat kontorunun xüsusi notariusu Yusifov Şamil Məzail oğlu vətəndaşlardan vərəsəlik şəhadətnaməsi üçün dövlət rüsumundan dəfələrlə artıq pul alıb.

Notarius Şamil Yusifov vərəsəlik açmaq üçün vətəndaşların hərəsəinə bir qiymət oxuyub. Vərəsəlik şəhadətnaməsinin ən aşağı qiyməti isə 200 manatdan başlayıb. Yuxarısı isə qalıb Şamil Yusifovun öz insafına .

Ötən il kəndlərdə dövlət tərəfindən verilən pay torpaq sahiblərinin bəzilərinin dünyasını dəyişməsi Ş.Yusifova yaxşı fürsət yaratdı. Onların ölməsinə görə dövlət tərəfindən verilən torpaq pulunu dövlətin verməyəcəyi bildirildi. Qeyd edildi ki, kimin ailə başçısı ölübsə torpaq vərəsəliklə ailə üzvlərinin birinin adına keçməlidir. Əgər belə olmazsa dövlət tərəfindən sakinlərə verilən subsidyalar dayandırılacaq. Buna görədə vətəndaşların bir qismi Şəki rayon 2 saylı notariat kontoruna müraciət etməli oldular.

Kontora müraciət edənlərin çoxu vərəsəlik müddətini keçdiyi üçün Ş.Yusifov onlara ilk öncə məhkəmə qərarını almağı bildirib. Deyib ki, 6 ay keçdiyi üçün məhkəmə qərar verməlidir. Sonra isə özü bu işi yaxşıca yoluna qoyub. İstədiyi pulu aldıqdan sonra bir gün ərzində vərəsəlik şəhadətnaməsini verib.

Qeyd edim ki, Dövlət rüsumunun məbləği qanunla müəyyən edilən bütün növbəli vərəsələrə dövlət rüsumu 20 manat, vərəsə digər fiziki və ya hüquqi şəxsdirsə 40 manatdır. Burdanda belə çıxır ki, Ş.Yusifov vətəndaşlardan dəfələrlə artıq pul alıb.

P.S. Şəkir rayon 2 saylı notariat kontorunun xüsusi notariusu rayonun 1-2-3-5 ci savxoz kimi tanınan kəndlərində yaşayan vətəndaşlardan artıq alınan pullar barədə məlumat verəcəyik. Bu kənd sakinlərinə açılan vərəsələrin yoxlanılması üçün aidiyyatı orqanlara məlumat vermişik.

Qarşı tərəfində mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Xia.Az

Şərhlər

XƏBƏR LENTİ