SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Kəlbəcər rayon Peşə məktəbində ÖZBAŞINALIQ - Dövlətə minlərlə manatlıq ziyan vurulur

Kəlbəcər rayon Peşə məktəbində ÖZBAŞINALIQ - Dövlətə minlərlə manatlıq ziyan vurulur

Tarix:

24-10-2018, 11:28

/ 2 167 dəfə oxundu.
Kəlbəcər rayon Peşə məktəbində ÖZBAŞINALIQ - Dövlətə minlərlə manatlıq ziyan vurulur

Məlum olduğu kimi, bu gün ölkə rəhbərliyi Azərbaycanda təhsilin qabaqcıl dünya standartları səviyyəsinə çıxarılmasını prioritet məsələ kimi xüsusi diqqət mərkəzində saxlayır. Digər tərəfdən isə bu məsələnin müsbət həlli də, bir çox hallarda olduğu kimi, konkret müəssisə və təşkilatlara rəhbərlik edən kadrların həm şəxsi, həm də professional keyfiyyətləri ilə müəyyənləşir.
Bəzi Təhsil müəssisələrindəki qanunsuzluqların sayının artması onu göstərir ki, bu sahənin ciddi nəzarətə ehtiyacı var. Kəlbəcər rayon Peşə məktəbində neqativ hallar getdikcə daha çoxalır. Belə ki, peşə məktəbində baş verən qaranlıq məqamlar getdikcə azalmaq əvəzinə dahada artır. Məktəbə qəbul olunan uşaqlardan tutmuş onlara verilən aylıq təqaüdlərə qədər saxtakarlıqların içindədirlər.

Kəlbəcər rayon peşə məktəbi Goranboy rayon ərazisində fəaliyyət göstərir. Ancaq məktəbdə respyblikanın bütün rayonlarında yaşayan məcburi köçkün uşaqları "təhsil" alır. Əldə etdyimiz məlumata əsasən bu məktəbdə işləyən müəllim və texniki işçilərində böyük bir qismi müxtəlif rayonlarda yaşayırlar. Elə bu baxımdan da müəllimlər və texniki işçilərdə burada oxuyan "şagirdlər" kimi məktəbin qapısını az-az açırlar. Burada "təhsil" alan şakirdlərin böyük bir hissəsi məktəbin yerini belə tanımırlar. Ancaq adları məktəbin jurnalında qeyd olunur, onlara təqaüd verilir, sonda isə məktəbi bitirdiyi üçün sənəd verirlər. Ancaq bu şagirdlərin harada olması, oxuması, təqaüdün almasını araşdırmaq istəyən qrum tapılmır ki, tapılmır.

Nədənsə bu barədə Kəlbəcər rayon İcra Hkimiyyətidə tədbir görmək fikrində deyil. Məkrəbdə baş verən qanunsuzluqlardan xəbərdar olan qrumların susması bu işbazların dahada çox qanunsuzluqlara getməsinə şərait yaradır. Əslində burada təhsil alan hər bir şagird dərs buraxmadan oxumalı və öyrənməlidir. Hər bir ixtisasa dövlət minlərla manat pul ayırır, burada müəllimlərə, texniki işçilərə, ustalara əməkhaqqı verilir. Bəs görəsən Kəlbəcər rayon peşə məktəbində adı olub özü olmayan şagirdlərə verilən təqaüdlər kimlərə çatır? - Bu barədə də növbəti yazılarımızda məlumat verəcyik.

Məsələ ilə bağlı Təhsil Nazirliyinə və Kəlbəcər rayon İHB-na rəsmi məktub ünvanlayacaq və sözügedən məsələ ilə bağlı yenidən məlumat verəcəyik.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

XİA.az

Şərhlər

XƏBƏR LENTİ