SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Beyləqanda ekoloji təhlükə: İcra başçısı rayon mərkəzinin drenaj xəttini doldurub satdı

Beyləqanda ekoloji təhlükə: İcra başçısı rayon mərkəzinin drenaj xəttini doldurub satdı

Tarix:

28-08-2018, 12:24

/ 1 494 dəfə oxundu.
Beyləqanda ekoloji təhlükə: İcra başçısı rayon mərkəzinin drenaj xəttini doldurub satdı

Vaqif Abdullayev Beyləqan şəhərinin əsas drenaj xəttini dolduraraq satıb və faktiki olaraq rayon mərkəzini ekoloji fələkətin ağuşauna buraxıb
Prezident İlham Əliyevin Beyləqan rayonuna səfəri gözlənilir vgə Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev hazırda xarabazara çevirdiyi rayonu abadlaşdırmaq üçün bütün imkanlarını səfərbər edib. Lakin icra başçısının rayonu vaxtında abad hala sala bilməsi üçün ciddi maliyyə sıxıntısı çəkdiyi bildirilir.
Beyləqandan daxil olan şikayət məktubuna əsasən icra başçısı maliyyə sıxıntısını həll etmək üçün çıxış yolu da tapıb. Belə ki, şikayətçilərin iddasına əsasən Vaqif Abdullayev rayon mərkəzindəki bütün boş torpaqları satışa çıxarıb. Həmin əraziləri isə əlində pul olan sahibkarlar, iş adamları alırlar. Buna baxmayaraq görünür ki, əlim-yandı satışa çıxarılan ərazilərdən əldə olunan gəlir Vaqif Abdullayevin problemini tam olaraq həll etməyib. Ya da icra başçısı ərazilərin satışından əldə olunan pulların bir hissəsini adətinə uyğun olaraq mənimsəyib. Çünki Vaqif Abdullayev Beyləqan şəhərinin əsas drenaj xəttini də dolduraraq satıb və faktiki olaraq rayon mərkəzini ekoloji fələkətin ağuşauna buraxıb. //Pia.az//

Şərhlər

XƏBƏR LENTİ