SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Asif Ağayevi camaatın halı maraqlandırmır

Asif Ağayevi camaatın halı maraqlandırmır

Tarix:

7-07-2018, 11:42

/ 1 362 dəfə oxundu.
Asif Ağayevi camaatın halı maraqlandırmır

Şamaxı şəhərində torpaq sürüşməsi baş verib. Sputnik Azərbaycan-ın bölgə muxbiri xəbər verir ki, hadisə şəhərin Aşıq Məmmədağa küçəsində qeydə alınıb.
Hadisə ötən ay yağan güclü leysan yağışların nəticəsi kimi qiymətləndirilir. Hazırda sürüşmə prosesi davam edir. İndiyədək 4 evə ciddi ziyan dəyib.
Torpaq qatında yaranan iri çatlar evlərə doğru hərərkət edərək evlərin sürüşməsinə səbəb olur. Bu yeni massivdəki evlərin əksəriyyəti hündürlükdə yerləşir. Bu amil də sürüşməyə təkan verib.
Sürüşməyə məruz qalan Elnur Alpaşayevə məxsu yaşayış evi qəzalı vəziyyətə düşüb. Evin tavanı çöküb və divarlarında 10-15 santimetr enində iri yarğanlar əmələ gəlib.
Alpaşayevin sözlərinə görə, 10 ilə yaxındır bu evdə yaşayır və ilk dəfədir ki, həmin ərazidə torpaq sürüşməsi baş verib: "Sürüşmə hər gün davam edir. Qorxudan həyətdə gecələməli oluruq ki, ev uçar, altında qalarıq".
Sürüşməyə məruz qalan Aşıq Məmmədağa küçəsinin sakinlərindən biri qəzalı vəziyyətə düşən evini artıq tərk edib. Ev sakinlərininin verdikləri məlumata görə, divarda əmələ gələn iri yarğanlardan, hətta evin içinə ilan girib.

Onu da qed edək ki Aşıq Məmmədağa küçəsində yerləşən evlərin hamsi yeni tikilmiş evlərdir.

Daxil olan müraciətdə isə Şamaxı sakinləri iddia edirlər ki, hələ sürüşmənin başladığı ilk günlərdə icra hakimiyyətini məlumatlandırıblar, amma... Sakinlər bildirir: "Amma Asif Ağayevi bu gün Şamaxıda məmurlara istirahət təşkil etmək daha çox maraqlandırır, nəinki camaatın halına acımaq. Bu rayona normal bir başçı təyin etsəydilər, hamının canı qurtarardı..."

Mövzu diqqətimizdədir...
Asif Ağayevi camaatın halı maraqlandırmır
Asif Ağayevi camaatın halı maraqlandırmır
Asif Ağayevi camaatın halı maraqlandırmır
Asif Ağayevi camaatın halı maraqlandırmır
Asif Ağayevi camaatın halı maraqlandırmır
Asif Ağayevi camaatın halı maraqlandırmır
Asif Ağayevi camaatın halı maraqlandırmır
Asif Ağayevi camaatın halı maraqlandırmır

Şərhlər

XƏBƏR LENTİ