yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Laçın şefinin ümumrayon yığıncağında prezidentə ağ yalanları – Faktlar

Laçın şefinin ümumrayon yığıncağında prezidentə ağ yalanları – Faktlar
13-02-2018, 10:34 398 dəfə baxılıb

Fevralın 7-də Laçının icra başçısı Aqil Nəzərli ümumrayon yığıncağı keçirib

Sosial şəbəkələrdə laçınlıların yazdığına istinadən xəbərə görə, toplantıda rəsmilər iştirak edib.
A.Nəzərli tədbirdə nə laçınlı köçkünlərin şikayət və problemlərini dinləyib, nə doğru məlumatlar verib.
İcra başçısı ötən il görülməyən işləri, aşıb-daşan problemləri kənaraq qoyaraq şişirdilmiş, saxta statistikanı üzdən oxuyub.
Tədbirdə pambıqçılığın və baramaçılığın inkişafı ilə bağlı laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədinin Taxtakörpü ərazisində tədbirlərin həyata keçirildiyi bildirilib. Halbuki, heç bir iş görülməyib və icra başçısı çıxışına yalanla başlayıb.
Eyni zamanda diqqətə çatdırılıb ki, Abşeron, Sabunçu və Xətai rayonlarında inşa edilən yaşayış binalarında 80 laçınlı məcburi köçkün ailəsi yeni mənzillə təmin edilib.
Ancaq bu müqəddəs yaxşılığı Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi həyata keçirib və Laçının icra başçısının fəaliyyətinə heç bir əlaqəsi yoxdur.
Rayonun Çıraqlı kənd tam orta məktəbi üçün 350 şagird yerlik yeni məktəb binasının inşa edildiyi, Taxtakörpü ərazisində 57 kilometr uzunluğunda obalararası çınqıl örtüklü avtomobil yolunun təmir olunduğu açıqlanıb.
A.Nəzərli bu işləri də RİH-nin ayağına yazaraq özünün gördüyü işlər kimi təqdim etməyə çalışıb. Və dövlət başçısına, ictimaiyyətə növbəti ağ yalanı danışıb.
Azərbaycanda ən böyük narazılıq edilən məmur təbəqəsi icra başçılarıdır desək, yanılmarıq. “Kiçik padşahlar”, necə deyərlər, “gözdən iraq, könüldən uzaq” prinsipi ilə vətəndaşlara divan tuturlar.
A.Nəzərlidən şikayət edən köçkünlər bir deyil, beş deyil. İnternet resurslarında axtarış verərək onlarla laçınlı qaçqının şikayət məktublarına, icra başçısından narazılığa rast gəlmək olar.
Məsələn, “Hümbətov Gündüz Laçın rayonunun Qızılca kənd sakiniyəm. Taxtakörpü köçkün qə­səbəsində məskunlaşmışam. Ağır xəstəyəm.
Şəkər, hepatit c, qan təzyiqi, damarlarda tromblaşma xəstəliyim var. Üç dəfə ağır cərrahiyyə əməliyyatı olmuşam. 1-ci qrup əliləm.
Mənim şikayətim Laçının İcra başçısı Aqil Nəzərlidəndir. Müal­icəm üçün dərmanları­ma xeyli vəsait lazı­mdır. Maddi imkanım ailəmi dolandırmağa bəs eləmir. Mənə köm­əy olunsun deyə dəfə­lərlə prezident apar­atında olmuşam.
Sağ olsun cənab prezident xahişimi nəzərə alıb məni evlə təmin etdi. Prezident aparat­ından müalicəmə kömə­klik olsunlar deyə Laçın rayonu İcra hakimiyətinə tapşırıq verdilər.
Neçə illər idi Laçın icra hakim­iyətində xeyriyyə fo­ndunun hesabından mə­nim müalicəmə köməkl­ik edirdilər. Lakin Aqil Nəzərli Laçına başçı təyin olunannan xəstəliyim get-gedə pisləşdi.
İndi elə vəziyətdəyəm ki həkimlər əməliyat eləmə­yə də qorxurlar. Büt­ün bunlara səbəb olan Aqil Nəzərlidi. İl yarımdı dəfələrlə müalicəmə köməklik et­məsi üçün müraciyət eləsəmdə mənə köməklik etmədilər”.
Digər fakt: Laçın köçkünü Cənnət Hümbətovun sözlərinə görə, qalmağa yeri olmadığından Laçın rayon icra hakimiyyətindən köçkün ailəsi kimi yerləşdirilməsini tələb edib. Ancaq icra hakimiyyəti onu həbslə hədələyib.
Rayon Kalafalıq kəndindən məcburi köçkün İbrahimov Alqulu Şavağat oğlu: “Özüm YAP-ın Lacın rayon təşkilatının üzvüyəm.
Sizlərə müraciət etməyimin səbəbi Laçın RİH-nin başcısı Aqil Nəzərli tərəfindən məni və ailə üzvlərimin həbs etdirməklə təhdid etməsidir. Səbəbi barədə istərdim sizlərə məlumat verim.
Belə ki, A.Nəzərlinin qardaşı Müqabil Nəzərli mənim feysbuk səhifəmdən istifadə edərək mənim adımdan 2013-2016-cı illərdə Lacın RİH-nin başcısı işləmiş Akif Səlimov barəsində şantaj dolu yazılar yazmış və nəticədə qarşı tərəfin məni məhkəməyə vermişdir.
Aqil Nəzərlinin qardaşı Müqabil Nəzərli daim mənim yanıma gələrək Akif Səlimovdan və idarə müdirlərindən ərizə yazmağı təkid edirdi. Müqabil Nəzərli açıq şəkildə bildirirdi ki, yuxarılara biz şantaj dolu ərizələr yazmalıyıq ki, qardaşı Aqil Nəzərli Lacın Rayonuna İcra Başçısı gəlsin”.

Fia.Az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: prezidente, ag, Lachin, yalanlari, Faktlar, umumrayon, shefinin, yigincaginda
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ