yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Ağstafada məmur özbaşınalığı... - GİLEY

Ağstafada məmur özbaşınalığı... - GİLEY
12-01-2018, 12:04 76 dəfə baxılıb

Ölkə ərazisində qaz sayğaclarının sıfırlanmasına dair "Azəriqaz"İB-nin regionlardakı idarələri tərəfindən aparılan işlər əhalinin ciddi narazılığına səbəb olub.
Haqsızlıqla qarşılaşan Ağstafa rayon Qıraq Kəsəmən kənd sakini Məmmədov İzzət Alyar oğlu bildirir ki ,ona və bütün kənd sakinlərinə qaz sayğaclarının sıfırlanması işində hörmətsizlik edilib,kələk gəlinib. Belə ki,o sayğacın üzərində 2018-ci il yanvarın 7-nə olan mövcud göstəricinin ötən il dekabrın 31-nə olan müddətə hesablanmasına etirazlarını bildirdikdə "Hara çikayət edirsiniz edin " fikiri ilə qarşılaşıb.Şikayətçi onu da bildirir ki,rayonun bütün kəndlərini əhatə edən bu "tədbir" də məqsəd onların bu ilin əvvəlinə olan qaz borclarının 20 qəpik tarifi ilə hesablanmasıdır.

Məlumat üçün onuda bildirək ki, Ağstafada abonentlərə yaradılan maneə bununla bitmir. Rayonda əhalinin maye qazla təminatında mütəmadi problemlər yaşanır.”Qrafik”ə uyğun olaraq həftənin hər günü növbə ilə 5-6 kənddə qaz təchizatı dayandırılır.Bəhanə də edilir ki,təmir gedir.

Soyuq qış günlərində əhalinin çəkdiyi əzab-əziyyət sanki idarə əməkdaşlarının heç vecinə də deyil.Bütün bunlar azmış kimi başqa bir problem də ortaya çıxıb. Belə ki, hər dəfə qazın verilməsi bərpa olunduqdan sonra təxminən yarım saat ərzində qaz borusundan sakinlərin dediyi kimi qaz əvəzinə hava gəlir.Bu zaman qaz gəlməsə də, sayğac “öz işini” görür.

Faktinfo.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: memur, ozbashinaligi, Agstafada, , GLEY
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ