yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Bu məhəllədə yaşayanlar qaz üzünə həsrətdir - ŞİKAYƏT

Bu məhəllədə yaşayanlar qaz üzünə həsrətdir - ŞİKAYƏT
9-12-2017, 10:51 359 dəfə baxılıb

Son zamanlar təbii qazın verilməsi ilə bağlı şikayətlərin ardı-arası kəsilmir. Əsasən ucqar kəndlərdə bu problem özünü daha qabarıq şəkildə büruzə verir. Dövlət başçısının ölkənin qazlaşdırılması ilə bağlı qarşıya qoyduğu hədəflərə uyğun olaraq SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində mühüm tədbirlər nəzərdə tutulub. Bu tədbirlər davam etdirilsə də, qazlaşdırılmayan bölgələrimiz, kəndlərimiz qalır.
Göygöl rayonunun Mollacəlilli kəndinin bir hissəsinə təbii qaz verilmir. Kəndin bir hissəsinə təbii qazın çəkilişi üçün boru çəkilib və qaz paylanıb. Amma digər hissəsi mavi qaza həsrətdir.
Bununla bağlı “Cümhuriyət” qəzetinə müraciət edən kənd sakini Sahibə Hümbətova illərdir ki, istiliyin olmamasından şikayətlənib. Onun sözlərinə görə, Mollacəlilli kəndində 350 ev olsa da, bütünlüklə mavi qazla təmin olunmayıb: “Ölkə başçısının Göygölə son səfərindən sonra kəndə qaz xətti çəkildi və bununla da müəyyən evlərə istilik verildi. Amma kəndin yeni məhəlləsinə qaz çəkilməyib. Bu məhəllədə yaşayanlar qaz üzünə həsrətdir. Evdə istiliyin əldə olunması üçün odun yanacağından istifadə edirik. Biz Kəlbəcər köçkünüyük və burada məskunlaşmışıq. Qaz yoxdur, əziyyət çəkirik. Dəfələrlə ərazi üzrə qaz idarəsinə şikayətlərimizi bildirsək də, məsələ həllini tapmır, sadəcə vədlər verilir”.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbalayev “Cümhuriyət” ə şərhində bildirib ki, Regionların Sosial-İqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə qazlaşma işləri həyata keçirilir: “Hansı ərazi ki, qeyd etdiyim kimi 2017-ci ilin Dövlət Proqramına aid edilib, həmin kənddə, qəsəbədə qazlaşma prosesi həyata keçirilir. Bu proqram 2014-2018-ci illəri əhatə edib. Növbəti ildə də Dövlət Proqramına uyğun olaraq qazlaşma işləri aparılacaq. Onu da əlavə edim ki, 2017-ci ildə 50-dən artıq yaşayış məntəqəsi qazlaşdırılaraq, mavi yanacaqla təmin edilib. Hal-hazırda işlər tərəfimizdən davam etdirilir.
Əgər Mollacəlilli kəndi də Dövlət Proqramına daxildirsə, təbii ki, onun da qazlaşması maliyyə vəsaitindən asılı olmayaraq həyata keçiriləcək. Kəndin bir hissəsinə qazın verilməməsi məsələsini gərək aydınlaşdıraq. Qazlaşdırılanda ümumi ərazi bütünlüklə əhatə olunur. Ola bilər ki, kimsə özü fərdi qaydada qaz xətti çəkdirib. Ümumi layihə çərçivəsində qazlaşma gedəndə hətta yenidən həmin mənzillər də qazlaşdırılır. Hər halda bununla bağlı şikayətçi “Azəriqaz” a rəsmi müraciət etməlidir. Qurumda buna baxılsın, araşdırılsın və şikayətçiyə cavab verilsin”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: qaz, ShKAYET, , uzune, mehellede, yashayanlar, hesretdir, Bu
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-10-2018


15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ